Döşəmənin hidroizolyasiyası nə üçün lazımdır

Гидроизоляция стяжки полаDöşəmənin hidroizolyasiyası üzrə istənilən tədbirlərin əsas məqsədi rütubətin hərəkətinə qarşı maneənin (baryerin ) quraşdırılmasıdır. Ancaq hər bir xüsusi halda örtük tavalarının konstruksiyaları, onların yerləşməsi və istimar şərtləri, tamamlama örtüklərinin növləri hidromühafizə texnologiyası seçimində müəyyən spesifiklik tələb edir. Məsələn, nəm zirzəminin üstündəki mənzilin su müqaviməti təbəqəsinin quraşdırılması yüksək nəmliyə malik yerləşgələrdə analoji təbəqənin qurulmasından fərqlənə bilər. Beton dəşəmənin düzləndirici qatının rütubətdən mühafizəsi isə taxta döşəməninkindən fərqli olacaq. Tipik variantların müasir materiallardan istifadə etməklə döşəmələrin hidroizolyasiyasını necə etmək lazım olduğu halı araşdıraq.

Döşəmənin hidroizolyasiyası

Döşəmə konstruksiyalarında su müqaviməti baryerlərinin yaradılması üzrə tədbirlər müəyyən əmək məsrəfləri və maddi yatırımlar tələb edir. Buna görə, məsrəflər boş- boşuna getməməsi üçün, öncə, işlərin icrası zamanı texnologiyaya əməl edilməsi tələb olunur. İkincisi, yaxşı yadda saxlamaq lazımdır ki, bu cür su müqaviməti hansı halda həyati zərurətdir, hansı halda isə əvvəlcədən nəzərə alınmamış hadisələrdən sığorta üçün nəzərdə tutulur. Məsələn, ümumi halda çoxmənzilli binaların mərtəbəarası örtük tavalarında beton döşəmənin hidroizolyasiyası nəzərdə tutulmur. Ancaq o, sakinlər tərəfindən istilik və su təchizatı sistemlərində baş verən qəzalar nəticəsində aşağı mərtəbədəki qonşulara dəyəcək ziyanın minimizasiyası üçün yerinə yetirilə bilər.

Bütün tip beton döşəmə konstruksiyalarının rütubətin nüfuz etməsinə qarşı mühafizəsini «KALMATRON» ŞQ-nun məhsullarına etibar etmək olar. Axı, “KALMATRON” tərkibləri səthə yaxıldıqdan və hidratasiya prosesləri , polimerləşməsi başa çatdıqdan sonra emal etdikləri materiallarla praktik olaraq bir bütöv təşkil edirlər. Bu zaman belə emalın xidmət müddəti bütün konstruksiyanın xidmət müddəti ilə müqayisə oluna bilər.

«KALMATRON» sistemi materialları həm ayrıca, həm də məhsul sırasından başqa tərkiblərlə birgə tətbiq olunur, məsələn:

  • fərdi və çoxmənzilli evlərin birinci mərtəbələri ; burada biz birkomponentli «KALMATRON - AKRİLAST» tərkibini məsləhət görürük.
  • nəmli və yüksək rütubətli – vanna otaqları, duşxanalar, hovuzlar, yuma otaqları və s.; İki komponentli «KALMATRON - ELASTİK» tərkibi ideal şəkildə öhdəsindən gəlir.
  • mayenin ( su və ya istilik daşıyıcısının ) yüksək yayılma riski – yuxarıda sadalanmış, habelə, su və isti döşəməli yerləşgələrdə; «KALMATRON», həm də «KALMATRON - ELASTİK» nüfuzedici materialından istifadə mükündür.
  • «nəm» texnologiyalar əsasında düzləndirici qatların quraşdırılması nəzərdə tutulan yerləşgələr. Bu halda biz tozlandırma və sonrakı «dəmirləşdirici» kimi istifadə edilən «KALMATRON» və ya «KALMATRON- D» hidroizolyasiyasını tövsiyə edirik.

Ev döşəməsinin hidroizolyasiyası

Гидроизоляция полаŞəxsi evlərdə ,ən əvvəl, qrunt üzərindən quraşdırılmış beton döşəmələrlə bağlı suallar meydana çıxır. Onların həlli ilə ,bəzən, hələ obyektin bünövrəsinin qoyulma mərhələsində məşğul olmağa başlayırlar. Axı, qrunt sularının səviyyəsi döşəmə əsasından xeyli aralıda olduqda belə, onun konstruksiyasının “piroq”una qırmadaşdan ( çınqıldan), kiçik suhopdurmaya malik olan dağ süxurlarından ( qranit, bazalt ) hazırlıq yastığınin salınması tövsiyə olunur.

Qırmadaş-çınqıl yastığı üçün hündürlük üzrə ehtiyatın orta hesabla 10-20 sm nəzərə alınması vacibdir. Bunu qruntun zəruri həcminin çıxarılması ilə təmin etmək olar. Sıxlaşdırılmış yastıq, öz növbəsində, beton hazırlığın (ən azı 5sm ) əsasıdır, hansı ki, onun üzərindən seçilmiş tipə uyğun olaraq suya müqavimət baryeri, məsələn, bükmə ( rulon ) və ya qatı yaxma materiallarından, quraşdırmaq olar.

Nəm və ya rütubətli istismar rejimlərinə malik yerləşgələrdə İstilik-izolyasiya qatı quraşdırmazdan öncə hazırlıq səthini buxarkeçirən «KALMATRON» tərkibi ilə işləmək lazımdır. Sonra, düzləndirici qatın altı, istiləşdiricinin isə üstü ilə mütləq daha bir «KALMATRON-ELASTİK» hidroizilyasiya qatı nəzərə alınmalıdır.

Otaq döşəməsinin hidroizolyasiyası

Mənzil döşəməsinin suya müqavimət baryeri də daxil olmaqla çoxtəbəqəli piroqunu hazırlayarkən istismar edilən otaqların, habelə, aşağıdakı yerləşgələrin xüsusiyyətləri nəzərə alınır. Məsələn:

  • Əgər işlər vanna otağında aparılırsa, kaşı tavacıqların altından «KALMATRON-ELASTİK» tərkibi ilə hidroizolyasiya nəzərdə tutulmalıdır;
  • əgər mənzil su ilə çalışan isti döşəmələrlə təchiz olunursa, onda hidrobaryeri - bu ya «KALMATRON», ya da «KALMATRON-ELASTİK»-dir - istiləndirmə konturunun boruları ilə düzləndirici qatın altında yerləşdirirlər;
  • əgər yaşayış otaqları nəm zirzəminin üstündə yerləşirsə, su və buxar mühafizəsi örtüyünü örtük tavasının çöl tərəfindən quraşdırılması pis olmaz ( imkan daxilində). «KALMATRON- AKRİLAST» – ideal şəkildə qiymət, vurulma sadəliyi və sukeçirməzliyin vəhdətidir.

Əksər vaxtlar mənzillərdə dekorativ döşəmə örtüklərinin yarımhazır səthlərinin hazırlanması üçün «yaş» düzləndiricilərdən (qat) istifadə edirlər. Rütubət mühafizəsi tələblərini nəzərə almaqla onun hazırlanması mərhələləri aşağıdakı kimidir:

  • yükdaşıyan dəmir-beton örtük tavasının səthindən köhnə örtüklər kənarlaşdırılır, sonra səth səylə təmizlənir və tikişlər açılır;
  • çökəklər və tikişlər «KALMATRON –ŞOVNIY» sementli təmir tərkibləri ilə doldurulur;
  • təmir olunmuş sahələrin qurumasından 3-5 gün sonra döşəmə düzləndiricisinin hidroizolyasiya tipindən asılı olaraq səth təyinatlı qruntovka tərkibi «ULTRALİT-QRUNT»-la emal olunur;
  • istehsalçının seçilmiş materialla bağlı tövsiyələrinə uyğun olaraq «“KALMATRON- AKRİLAST» tərkibindən hidroizolyasiya örtüyü quraşdırılır;
  • sement-qum düzləndiricisi quraşdırılır. Döşəmənin səthini «KALMATRON –D» və ya «KALMATRON» tərkibləri ilə “dəmirləşdirmək” tövsiyə olunur.

«KALMATRON» sisteminin materialları bu:

  • tikişlərin və çatların hermetikləşdirilməsidir– «KALMATRON –ŞOVNIY» və «HİDROBETON» seriyasından qarışıqlar;
  • etibarlı su müqaviməti örtüklərinin yaradılmasıdır – «KALMATRON», «KALMATRON – Ekonom» və digər qarışıqlar;
  • məhlulların su müqaviməti xüsusiyyətlərini yüksəldilməsidir – «KALMATRON –D» əlavəsi;
  • təbəqəli (laylarla) betonlama zamanı, o cümlədən, tökmə döşəmələrdə məhlulların adgeziyasının gücləndirilməsidir – «ULTRALİT-QRUNT»;
  • təzə döşənmiş betonun, habelə, sement daşının hidratasiyasının ilkin stadiyalarında bərkiyən betonun bərkiməsidir. «Beton bərkidiciləri» tərkibləri və «KALMATRON –D» tərkibi, səthin dəmirləşdirilməsi.

Beton döşəmənin «KALMATRON» ŞQ-nun materialları ilə hidroizolyasiyası

Гидроизоляция пола материалыƏgər düzləndirici öncə döşənmişdisə, artıq hazır beton döşəmə üçün hidroizolyasiya materialı seçmək lazımdır. Bu halda proses belə gedəcək:

  1. Çatların enləndirilməsini, betonun təmizlənməsini və s.-i ehtiva edən hazırlıq mərhələsi.
  2. Çat və tikişlərin hidroizolyasiyası: “döşəmə/ divar kəsişməsini və çatları «KALMATRON –ŞOVNIY» və ya «KALMATRON-ELASTİK» tərkibləri ilə; örtük tavaları arasındakı qovuşmaları- «ULTRAPLAT» özügenişlənən qaytanı (şnur)ilə doldurmaq lazımdır.
  3. Beton döşəmənin bilavasitə hidroizolyasiyası mərhələsi, bu məqsədlə seçilmiş: «KALMATRON – Ekonom&rlaquo; və ya «HİDROBETON SRQ -F» materialları ilə.

Digər döşəmə hidroizolyasiyası materiallarından fərqli olaraq «KALMATRON – Ekonom » rütubətin beton konstruksiyaların canına nüfuz etməsini istisna edir və onlara «nəfəs almaq» imkanı verir ki, bu da yerləşgədə havanın dəyişməsini normallaşdırır.

Döşəmə/ divar kəsişməsi qovşağı
Узел примыкания стена/пол

Betonlama tikişlərinin, çatların təmiri
Ремонт швов бетонирования, трещин

Рекомендуемые материалы:

ЗАЯВКА НА РАБОТЫ

* -обязательное поле для заполнения