Evin hidroizolyasiyası

Bəzi insanlar yaşayış yerləşgələrinin izafi rütubət və nəmişlik problemi ilə heç də səthi tanış deyillər. Hamıya məlum olduğu kimi təbiətdə yeraltı sular kimi baza anlayışı mövcuddur. Bəzi regionlarda bütün il ərzində havanın yüksək rütubətliliyi, torpaqların bataqlıqlaşması müşahidə edilir. Bəzi binalar isə tamamilə hər tərəfdən sututarlarla əhatə olunub. Bu şəraitdə tikintidə istifadə olunan xüsusi sukeçirməyən örtük mühüm rol oynamağa başlayır. Belə örtük, habelə, onun yaxılması prosesi hidroizolyasiya adlandırılır.

Əgər yaxınlıqda yüksək rütubətliliyin potensial mənbələri varsa, evin hidroizolyasiyası tamamilə əvəzolunmazdır. Bu zaman tikintinin bütün mərhələlərində hidroizolyasiya üçün xüsusi materiallardan istifadə etmək tövsiyə olunur: əvvəlcə bünövrəni, sonra, varsa, zirzəmini ( bu– yəqin ki, yerləşgənin ən zəif yeridir), daha sonra – örtük tavası, divar və döşəməni, mütləq – vanna otağını nəmdən izolyasiya etmək lazımdır. Ancaq bu halda arxayın olmaq mümkündür ki, çox qısa bir müddətdə sakinlər yüksək rütubətlilik problemi ilə qarşılaçmayacaqlar, nəticədə, binanın dağılması baş verməyəcək.

Fərdi evin hidroizolyasiyası

Ayrıca duran fərdi evin hidroizolyasiyası zəruri olarsa, yadda saxlamaq lazımdır ki, su və rütubət təkcə zirzəmidən yox, həm də divarlardan və damdan nüfuz edə biər. Əgər ev ağacdandırsa, o sadəcə, çürüyə bilər, ancaq kərpic tikili üçün də həmin proses təhlükə daşıyır. Zirzəmidə yaxşı oıar ki, həm üfüqi, həm də şaquli hidroizolyasiya qurulsun. Üfüqi hidroizolyasiya mövsümi xarakter daşıyan müxtəlif subasmaları zamanı çox yaxşı kömək edir, nəmliyin qalxmasını çətinləşdirir. Deməli, kifayət qədəq mühüm rol oynayır . Fərdi evin üfüqi hidroizolyasiyası prosesinə ciddi diqqət yetirməyi tövsiyə edirik, belə ki, o cəmi bir dəfə həyata keçirildiyindən ancaq keyfiyyətli materiallardan istifadə edilməsinə dəyər. «KALMATRON» TM-sının (Ticarət markası) materialları İdeal olaraq uyğun gələcək:

Fərdi evin hidroizolyasiyası zamanı, , divarlar və dam üçün sukeçirməz qalxanı necə yaratmaq lazım olduğunu yaxşıca düşünmək lazımdır.Kərpic və beton yerləşgələrin divarlarının xarici hidroizolyasiyasını «KALMATRON» ŞQ-nun nüfuzedici hidroizolyasiya materiallarının köməyilə yerinə yetirmək olar(«KALMATRON», «KOLMATEKS», «KALMATRON- EKONOM»). Habelə, sement əsasında yaxma materialları və boya hidroizolyasiyası da yarıqları tamamilə örtməyə kömək edəcək.

Çoxmənzilli binanın hidroizolyasiyası

Çoxmənzilli binanın hidroizolyasiyası vaxtı bünövrə və zirzəmiyə çox ciddi diqqət yetirmək lazımdır. Əsas təhlükə məhz burada gizlənir, axı, nəinki, nəmişliyin sıradan çıxardığı, özü də əlçatmaz yerlərdə, nəmli səthlərə yenidən sukeçirməz məhlul yaxmaqdansa su daman bina damının təmiri daha asandır. Hərdən, zirzəmidən suyu nasoslarla kənarlaşdırmaq lazım gəlir. Buna görə binanın istimarı vaxtı bünövrə və zirzəminin hidroizolyasiyası ilk növbədə və adətən, bircə dəfə həyata keçirilir. Ucuz beton yaxması (zamazka) rütubəti uzun müddət saxlaya bilmədiyinə görə dərhal «KALMATRON» ŞQ-nun keyfiyyətli nüfuzedici hidroizolyasiyasını tövsiyə edirik. Belə materiallar nəinki nəmlikdən uzunmüddətli və dayanıqlı mühafizəyə cavab verir, bu zaman betonun sukeçirməzliyini 3 pillə artırmaqla yanaşı, həm də şaxtayadavamlılığını 2 dəfə yüksəldir, sıxlığını artırır, korroziya və aqressiv mühitin təsirinə dayanıqlıdırlar.

Köhnə evin hidroizolyasiyası

Elə hallara rast gəlinir ki,bünövrənin hidroizolyasiyası lazımi səviyyədə yerinə yetirilməmiş və ya bina çox köhnədir, materiallarsa üzüldüyündən sızmalar başlasa da bina hələ aktiv şəkildə istifadə olunur. Bu halda səthə yenə sukeçirməz örtük yaxılmalıdır. Bünövrəyə yanaşma imkanı çətin olduqda bunun üçün böyük həcmdə hazırlıq işləri görmək lazım gəlir. Prosesi mərhələlərlə təsəvvür edək:

  • Torpaq işləri, torpağı bünövrəyədək qazmalı.
  • Köhnə hidroizolyasiyanın kənarlaşdırılması.
  • Bünövrənin təmiri, «KALMATRON» TM-dən nüfuzedic hidroizolyasiyanın («KALMATRON», «KOLMATEKS», «KALMATRON- EKONOM») qurulması.
  • Hidroizolyasiyanın təmiri.
  • Bünövrənin perimetri boyu drenajın quraşdırılması və təmiri.
  • Doldurma.

Rütubət yerləşgəyə bünövrə və qrunt suları ilə yox, xaricdən, məsələn, divarlardamdan su damması nəticəsində düşərsə, köhnə evin xarici hidroizolyasiyasını dəyişməyi tövsiyə edirik. Həmçinin, yadda saxlamaq lazımdır ki, isti və soyuq su təchizatı borularını vaxtlı-vaxtında dəyişmək, onlara müvafiq qullq göstərmək tələb olunur, yoxsa, boruların sıradan çıxması bünövrələrin uzunömürlülüyünə təsir edəcək. Borular deşildikdə, təlimata uyğun olaraq «KALMASTOP» tərkibi ilə dərhal yaxılması, daha sonra isə – zədələnmiş hissənin dəyişdirilməsi tövsiyə olunur.

Panel binanın hidroizolyasiyası

Panel binalarda elə həmin problemlərə rast gəlinir, ancaq, belə binalar başqa “ bəlalar”da «ixtisaslaşırlar». Hələ tikinti mərhələsində, bəzən isə, istismar vaxtı tikişlərdə deşiklər əmələ gəlir ki, onlar vasitəsilə də yerləşgəyə nəmişlik düşür. Panel binanın hidroizolyasiyası –– bu təkcə bünövrə, zirzəmi, divarlar, örtük tavaları, damlar və vanna otaqlarının tərkiblə emalı deyil, həm də divar və örtük tavalarındakı deşik probleminin həllidir. Panel binaların tikişlərinin hidroizolyasiyası xüsusi materiallar vasitəsilə yerinə yetirilir. Bu prosesi hermetizasiya da adlandırırlar. Materiallarını «KALMATRON» ŞQ-nun təklif etdiyi panel binalarda tikişlərin hidroizolyasiyası betondakı deşiklərdən xilas olmağa kömək edir ( tikişlərin işlənməsi üçün xüsusi materialları seçmək lazımdır).

Yadda saxlamaq lazımdır ki, bəzi mütəxəssislərin fikrincə, hidroizolyasiyaların 50-70 %-i nəmişliyin öhdəsindən gəlmir və damır. &lraquo;KALMATRON» ŞQ-nun təklif etdiyi nəmlikdən mühafizə üzrə keyfiyyətli materiallar mümkün problemlərdən azad olmağa imkan verəcək. Binanın bizim materialların köməyilə hidroizolyasiyası –– yaşayış üçün quru və uyğun yerləşgəyə zəmanət verir.

Zəng edin, bizim mütəxəssislər şirkətin məhsullarının təyinatı, işlədilmə özəllikləri və müxtəlif çeşidləri haqqında Sizə lazımi məlumatları çatdıracaq.

Рекомендуемые материалы:

ЗАЯВКА НА РАБОТЫ

* -обязательное поле для заполнения