Bünövrələrin hidroizolyasiyasını necə yerinə yetirməli

Гидроизоляция фундамента материалы Mineral materiallardan ( monolit və ədədi betondan, daşdan, kərpicdən ) ibarət bünövrə konstruksiyalarına irəli sürülən tələblər onların nəm udmasının minimizasiyası ilə bağlı texnoloji tədbirlərin yerinə yetirilməsini nəzərdə tutur. Qruntla bilavasitə kontaktda olan dayaq qurğuları bütün nəm təsirlərindən - kapillyar, qrunt, atmosfer –mühafizə olunmalıdırlar. Bu məsələlər bünövrələrin hidroizolyasiyası texnologiyası ilə həll edilir. Onların praktiki seçiminə obyektlərin konstruktiv özəllikləri, hidroloji, klimatik, ərazi, habelə, digər yerli şərtlər təsir göstərir.

Bünövrələrin hidroizolyasiyasını haçan yerinə yetirməli?

Bünövrə dayaqlarının suya müqavimətinin yüksəldilməsi ilə bağlı tədbirlər hələ qurğuların layihələndirilməsi mərhələsində ölçüb - biçilir. Bu zaman onların tədrici realizasiyası aşağıdakı mərhələlərdə ola bilər:

  1. Гидроизоляция фундамента своими рукамиKonstruksiyanın ucaldılması məərhələsi. Hidroizolyasiya bünövrəyə tətbiq olunur. Bu zaman bünövrə “piroq”una qırmadaşdan yastıq, nəmədavamlı beton hazırlıq, nəmə müqavimət göstərən «KALMATRON- ELASTİK» materialından təbəqə daxil olur. İnşaat betonuna «KALMATRON- D» hidrofoblaşdırıcı əlavə qatılır.
  2. Hazır qurğu mərhələsi. Quraşdırılmış dayaq divarları, sütunları, lentləri və ya tavalarının üfüqi və şaquli səthləri yaxma və tozlandırma «KALMATRON-ELASTİK», «KALMATRON -AKRİLAST» materialları ilə və ya 2mm qalınlığında nüfuzedici «KALMATRON» materialı ilə mühafizə olunur.
  3. Təmir-bərpa mərhələsi. Səthlərə yaxın düşmə imkanından asılı olaraq evin hidroizolyasiyası həm ənənəvi yaxma və yapışdırma, həm də müasir yüksək texnoloji üsullarla yerinə yetirilə bilər. Axırıncılara «KALMATRON-İNJEKT» inyeksiya tərkibləri, «KALMATRON-EKONOM» suvaq hidroizolyasiya materialları və ya betonun vəziyyətindən, həndəsi dəyişməzliyindən ( künclərin qopması, əzilmələr) asılı olaraq nüfuzedici təsirə malik «KALMATRON» tərkibi aiddir.

Bünövrənin hidroizolyasiyası üçün materiallar

Yeraltı inşaat konstruksiyalarının: zirzəmi, tunel, rezervuar, habelə qurğuların bünövrələrinin mühafizəsini geniş spektrdə materiallardan istifadə etməklə yerinə yetirmək olar.

Bünövrə üçün rulon (bükmə ) hidroizolyasiyası

Lentvari və tava tipli çox geniş yastı səthlərdə şaquli və üfüqi (ayırıcı ) su müqaviməti baryerlərinin sürətli quraşdırılması üçün tövsiyə edilir. O, əritmə, yapışdırma və ya mexaniki üsulla vurula bilər. Hazırlandığı material:

  • ənənəvi ruberoid, bikrost, stekloizoldan;
  • müasir polimer-bitum məhsullarından ( avroruberoidlər);
  • armaturlanmış polimer plyonkalardan;
  • PVC -membrandan.

Bünövrənin yaxma(boya ) hidroizolyasiyası

Mexaniki təsirlərə məruz qalmayan şaquli su müqaviməti baryerlərinin quraşdırılması üçün tövsiyə olunur. Vurulma texnologiyasının sadəliyi, alınan materialların əlyetərliyi, mürəkkəb formaya malik səthlərin işlənmə mümkünlüyü - hidromühafizənin yaxma metodlarına bünövrə tikintisində özünə mökəm yer tutmağa imkan verir. Burada «KALMATRON» ŞQ polimerlər əsasında yüksək səmərəliliyə malik materiallar təklif edə bilər, bu «KALMATRON –AKRİLAST» və ya «KALMATRON- ELASTİK»dir. Axırıncı qrunt suları səviyyəsinin xeyli qalxdığı hallarda tətbiq olunur.

Вариант устройства гидроизоляции подвального помещения из сборных бетонных блоков на плитном фундаменте

Bünövrələr üçün nüfuzedici hidroizolyasiya

İxtiyari formalı səthlərdə şaquli və üfüqi (ayırıcı ) su müqaviməti baryerlərinin qurulması üçün tövsiyə olunur. Konstruksiyanın həm daxili, həm də xarici tərəflərindən işlətməyə yarayır. Qrunt sularının həm kapillyar sormasını , həm də təzyiqli təsirini bloklaşdıraraq bünövrə dayağının istimar xarakteristikalarını xeyli yüksəldir. Nüfuzedici hidroizolyasiya mikrosement kompleksi və aktiv kimyəvi əlavələrin əsasında hazırlanır. «KALMATRON» materialı, bu - əlyetərliyin, betonun canına və sıxlaşdırılmasına yüksək nüfuz etmənin, habelə, hər-hansı xüsusi vasitələr və avadanlıqlar olmadan işlədilməsi asanlığının ahəngindən ibarətdir.

Inyeksiya hidroizolyasiyası

Bünövrələrin şaquli (vual) və üfüqi hidroizolyasiyasının qurulması üçün yarayır. Ancaq texnologiyanın xüsusiyyətləri hesabına çox vaxt su müqaviməti baryerlərinin, habelə, digər əlçatmaz yerlərin təmirində tətbiq olunur. Məsələn, onun köməyilə, konstruksiyanın təkcə daxili tərəfindən yaxın düşmək mümkün olsa da, bünövrə divarının hidroizolyasiyasının xarici təbəqəsinin də bərpasını yerinə yetirmək olar. İnyeksiya tərkibləri poliuretan, akrilat, epoksid gellər, habelə, silikat və mikrosementlərin profil qatqıları ilə qarışıqlarının əsasında istehsal edilir. Bununla yanaşı, yuxarıda sadalanan materiallar kifayət qədər bahadır və həmin materiallar tikinti bazarında qərb istehsalçıları vasitəsilə nümayiş etdirilir. «KALMATRON» ŞQ özünün istehsal etdiyi münasib qiymətli «KALMATRON-İNJEKT»i təklif edir. Əgər kərpic hörgüsündə böyük boşluqlar, ayırıcı hidroizolyasiyanın pozulması ilə bağlı kapillyar sorma, habelə, betonda çatlar varsa, onda «KALMATRON-İNJEKT» ən minimal xərclərlə qoyulan tapşırıqların öhdəsindən gələcək.

Гидроизоляция фундамента домаГидроизоляция фундамента

Hidrofob xarakteristikaları yüksəltmək üçün beton əlavələri

Hazırlanan inşaat məhlullarına qatılmaq üçün tövsiyə olunur. Bərkimiş betonun sukeçirməzliyini bir-neçə pillə, şaxtayadavamlılığını isə onlarla dəfə yüksəldir. Bundan əlavə, qatqıların tətbiq olunması sulfatlara, xloridlərə və sement daşı və armaturun korroziyasına səbəb olan qrunt sularında həll olunmuş digər kimyəvi maddələrə qarşı müqavimətini yüksəldir. «KALMATRON-D» kompleks mineral əlavə olub özündə aşağıdakı xüsusiyyətləri ehtiva edir: monolit beton kütləsinin sukeçirməzliyini hidrotexniki beton səviyyəsinə yüksəldir, betonun möhkəmlik xarakteristikalarını artırır, konstruktivin şaxtayadavamlılığını xeyli yüksəldir. «KALMATRON-D» beton əlavəsini tətbiq etməklə siz ənənəvi hidroizolyasiyanı unuda bilərsiniz, ona ehtiyac qalmayacaq.

«KALMATRON» şirkətinin bünövrələrin hidroizolyasiyası üçün materialları Bakıda və bölgələrdə ala bilərsiniz. Bizim istehsalat gücləri konstruksiyaların hidrofobizasiyası üçün nüfuzedici təsirli məhsulların geniş seqmentini , o cümlədən, quru qarışıqlar, ikikomponentli və inyeksiya tərkibləri, beton əlavələri istehsal edir.

Bünövrə hidroizolyasiyasının qurulması

Ən yaxşı su müqaviməti xarakteristikalarına malik bünövrənin yaradılması üçün «KALMATRON» materiallarının tətbiqi ilə bağlı texnoloji xəritə ümumi şəkildə aşağıdakı kimidir:

  • «KALMATRON-D» – hidrofoblaşdırıcı əlavə - beton məhluuluna onun quru qarışdırılması mərhələsində qatılır;
  • «“KALMATRON», «KALMATRON-D» – deformasiyaya uğramayan əsasların qəlibləri söküldkdən sonrakı hidromühafizəsi üçün materiallardır. Bünövrələrin ənənəvi yaxma və yapışdırma üsulları ilə hidroizolyasiyasının ən yaxşı əvəzedicisi kimi çıxış edə bilər;
  • «ELASTİK» (ikikomponentli), «KALMATRON-AKRİLAST» , «KALMATRON-AKRİLAST BİO» –, çökmə deformasiyasına məruz qalan dayaq konstruksiyalarının təmirinə imkan verən yüksək elastikli tərkiblər;
  • «KALMATRON-ŞOVNIY» bütün «HİDROBETON SRQ» – tipləri - əsas cu müqaviməti örtüklərindən əvvəl tikişlərin, çatların və digər lokal qüsurların hidroizolyasiyası üçün qarışıqlar;
  • «KALMATRON- İNJEKT» – beton, kərpic və daş bünövrələrin nəmdən ayırıcı və vual mühafizəsinin qurulması üçün olan məhsullar.

Dəmirbeton tikintilərin təmiri 

Bizim şirkətin məhsullarının üstünlükləri təkcə onların yüksək səmərəliliyində deyil, həm də onların istifadə zamanı sadəliyində, mütəxəssislər cəlb etmədən işlədilmə imkanının olmasındadır. Bu zaman yadda saxlamaq lazımdır ki, hidroizolyasiyanın keifiyyəti əsasən asılıdır:

  1. Səthin hazırlığından – o, səylə təmizlənməli, betonun zəifləmiş, dağılmış hissələri və qəlib yağlamasının izləri kənarlaşdırılmalıdır.
  2. Qarışıqları yalnız islaq səthlərə valikin, şpatelin, fırçanın köməyilə əllə və ya pnevmopüskürdücülərdən istifadə etməklə mexanikləşdirilmiş üsulla vurmaq lazımdır. Yaxma üsulunun ən son seçimi örtüyün sahəsindən asılıdır.
  3. Aktiv komponentlərin nüfuzetmə dərinliyi təmir edilən konstruksiyanın nəmliyindən asılıdır. Nəmlik nə qədər çox olarsa, bünövrə massivinin daha qalın təbəqəsi hidrofoblaşdırmaya məruz qalar.
  4. Çəkilmiş örtüyün daha yaxşı «yetişməsi» şərtləri – həmin örtüyün ən azı 3-5 sutka süni nəm vəziyyətdə saxlanmasıdır.
Məsləhət olunan məhsullar:

ЗАЯВКА НА РАБОТЫ

* -обязательное поле для заполнения