Elastik hidroizolasiya: двухкомпонентная эластичная гидроизоляцияЭластичная гидроизоляция: двухкомпонентная эластичная гидроизоляцияРазработанная группой компаний «Кальматрон» специальная двухкомпонентная эластичная гидроизоляция марки «Кальматрон‐Эластик» хорошо зарекомендовала себя применительно к различным рабочим поверхностям:

Elastik hidroizolasiya

İnşaat konstruksiyalarının dinamik, deformasiya və temperatur yükləri şəraitində istismarı zamanı yüksək çatəmələgəlmə yarana bilər.Onların nəmin təsirindən mühafizəsi məqsədilə elastik hidroizolyasiya tətbiq olunur. " Kalmatron" Şirkətlər Qrupunun hazırladığı "Kalmatron - Elastik" markalı xüsusi ikikomponentli elastik hidroizolyasiya müxtəlif işçi səthlərdə özünü yaxşı göstərmişdir:

  • nəmədavamlı gips - karton;
  • kərpic hörgü;
  • suvaq;
  • beton;
  • yarıqşəkilli-daraqşəkilli tavalar;
  • suyadavamlı faner və s.

İkikomponentli qarışıq şəklində buraxılır. Onu Bakı şəhərində və ya regionlarda təmsilçilərimizə telefonla sifariş etmək olar.

TƏTBİQ SAHƏLƏRİ

«KALMATRON» ŞQ-nun elastik hidroizolyasiyası uğurla işlədilə bilər:

  • Hovuz və fontanların , müxtəlif rezervuar və tutumların səthlərinin təmirində.
  • Onun vasitəsilə mikroçatların əmələ gəlməsinə səbəb olan deformasiya və dövri yüklərə məruz qalan qurğuların hidroizolyasiyası yerinə yetirilir.
  • Həmin materialla da qurğuları xaricdən qrunt sularının təsirindən mühafizə etmək olar.
  • Elastik hidroizolyasiyanın daha bir üstünlüyü metaldan olan konstruksiyaların elementlərinin sürətli korroziyaya səbəb olan duz və digər kimyəvi maddələrin aqressiv təsirindən mühafizəsidir.

Elastik hidroizolyasiyanın istifadə özəllikləri və üstünlükləri

Hazırlanmış tərkib şpatel və fırça vasitəsilə birdəfəyə vurma qalınlığı 2 mm-dən çox olmayaraq yaxılır. «Kalmatron-Elastik»-in xarakteristikaları geniş yayılmış «Serezit CL 51» hidroizolyasiyası ilə müqayisə oluna bilər,bir sıra göstəriciləri isə daha üstündür.

Hidroizolyasiya materialının yüksək dərəcəli adqeziyası daha sonrakı istifadə, məsələn, kirəmid tavacıqların yapışdırılması üçün kifayət qədər kələ- kötürlüyə malik kəsilməz strukturu olan örtüyün alınmasına imkan verir. Bu zaman əlavə hazırlıq əməliyyatlarına ehtiyac qalmır.

Hazırlanmış qarışığın işlədilmə vaxtı ( 60 dəqiqəyə yaxın) yetər ki, tikişsiz hidroizolyasiyanı səthə keyfiyyətlə, o cümlədən, mürəkkəb forma və keçidlərlə yaxılsın. İkikomponentli elastik hidroizolyasiya materialı yapışqan və qətran əsaslı elastik yaxma hidroizolyasiyası ilə müqayisə oluna biləcək yüksək istismar xüsusiyyətlərinə və uzunmüddətli xidmət dövrünə malikdir. "Kalmatron-Elastik" qarışıqları tətbiq olunmaqla hidroizolyasiya işlərinin maya dəyəri epoksid və poliuretan yaxma materialların istifadəsindən ucuz başa gəlir.

"Kalmatron” ŞQ-nun istehsalı olan elastik hidroizolyasiya materialından istifadənin üstünlükləri təkcə bunlarla məhdudlaşmır. Alınan örtüyün yüksək etibarlılığı və stabil istismar xarakteristikaları da mühümdür.

MƏHSULUN KEYFİYYƏTİ

Kütləvi istehsala başlamazdan ən yaxşı universitet laboratoriyaları və ETİ-larında kompleks tədqiqatlar və sınaqlar aparılmışdır. Alınmış uyğunluq sertifikatları şirkətin elastik hidroizolyasiya materialları da daxil olmaqla yaratdığı və tətbiq etdiyi innovasion inşaat materiallarının yüksək istehlak xüsusiyyətlərini sübut edir.

«KALMATRON» ŞQ -nun tədqiqatçıları və istehsalçıları təkcə zəmanət vermir, həm də müəllif nəzarətini həyata keçirir, istismarla bağlı meydana çıxan bütün suallara operativ reaksiya verirlər.

ЗАЯВКА НА РАБОТЫ

* -обязательное поле для заполнения