ПВХ гидрошпонки «Кальматрон»: установка и характеристики гидроизоляционных шпонок-aПВХ гидрошпонки «Кальматрон»:  установка и характеристики гидроизоляционных шпонок-aОдин из основных видов продукции ГК «Кальматрон» — это гидрошпонки, фасонные детали, предназначенные для гидроизоляции деформационных и рабочих швов, а также стыков в новых объектах строительства на стадии их бетонирования. уточнить цены и купить гидроиз

Ultraband Hidroşponkaları

«KALMATRON« Şirkətlər Qrupunun istehsalında əsas istiqamətlərdən biri hidroizolyasiya şponkalarıdır. Hidroşponkalar – fasonlu detallar olub, beton və dəmir-beton konstruksiyaların işçi və deformasiya tikişlərinin, habelə, yeni obyektlərin tikintisi zamanı betonlama mərhələsində qovuşmaların  hidroizolyasiyası üçün nəzərdə tutulmuşdur. Hidroşponkalar müxtəlif yeraltı qurğuların təbii və axma sularından mühafizəsi, habelə, su axınlarının təsiri altında olan obyektlərin mühafizəsi üçün nəzərdə tutulmuşdur:

  • binaların, monolit-karkas qurğuların bünövrələrinin;
  • parkinq, qaraj və dayanacaq, yeraltı tunellərin;
  • yeraltı texniki şəbəkələrin,
  • yeraltı ticarət kompleksləri, ambar yerləşgələri, soyuducuların;
  • akvapark və hovuzların;
  • torpaq səviyyəsindən aşağı yerləşmiş digər obyektlərin.

«KALMATRON« ŞQ-nun PVC hidroşponkalarını alın

Hidroizolyasiya məmulatlarıın istehsalında istifadə olunan plastikləşdirilmiş PVC unikal plastikliyə, kimyəvi dayanaqlığa və möhkəmliyə malik olduğundan konstruksiyaların deformasiyası vaxtı meydana çıxan dartılma, sıxılma və yerdəyişməylə bağlı yüklərə müqavimət göstərən istənilən mürəkkəb həndəsi formalı hidroizolyasiya məmulatlarının istehsalında istifadə edilir. İstismarın temperatur diapazonu (-25…+80)°C.

Biz aşağıdakı modellərə malik hidroizolyasiya şponkaları istehsal edirik:

  • Betonlamanın işçi tikişləri üçün– daxili və ya qəlib hidroşponkaları
  • Deformasiya tikişləri üçün - daxili və ya qəlib
  • Təmir hidroizolyasiya şponkaları
  • П-şəkilli şponkalar

Tətbiqi yeri üzrə onlar növbəti tiplərə bölüşürlər:

Tikişin növü

Deformasiya tikişi

Betonlama tikişi

Hidroizolyasiya

şponkalarının

tipi

ДВ

ДО

ДЗ

ХВ

ХО

Hidroşponkaların

təsviri 

Daxili, ikitərəfli böyük su axınının təzyiqinə dözür

Xarici, su axının birtərəfli təzyiqinə davamlı, dəyişikliyə uğramadan quraşdırılır

П –şəkilli mühafizə, suyun böyük olmayan təzyiqinə dözür, dəyişmədən tikişə quraşdırılır

Daxili, ikitərəfli su axınına zazorsuz quraşdırılır

Xarici, mayenin birtərəfli axınına qarşı zazorsuz quraşdırmaq üçün,armatur karkasının dəyişikliyi tələb olunmur

Hidroizolyasiya şponkalarının seçilməsi tipləşdirilmiş ölçülərə müvafiq olaraq beynəlxalq DIN V 18541 standartlarının tələbləri və aşağıdakı parametrlər əsasında aparılır:

  • deformasiya tikişlərinin məcmusu,
  • suyun təzyiqi , onun axın istiqaməti,
  • mühitin temperaturu, onun kimyəvi aktivliyi,
  • digər hidroizolyasiya sistemlərinin olması

Hidroşponkaların quraşdırılması vaxtı reqlamentləşdirilmiş əyilməyə yol verilir. Daxili şponkaların qurulması konstruksiyanın armaturlanmasında dəyişikliyi nəzərdə tutur: Armatur hidroizolyasiya detalından ən azı 20 mm məsafədə yerləşməlidir.

Şponka ətrafında beton lay-lay yüksək sıxlıqla, bütün səth boyu əlaqəni təmin edərək, boşluqsuz quraşdırılır. Tikiş vasitəsilə suyun keçməsindən şponkalar mühafizə edir, ancaq rütubətin kapillyarlar, məsamələr, çatlar vasitəsilə betonun qalınlığından filtrasiyasını əngəlləyə bilmədiyindən şponkaları quraşdırarkən betonun ətrafında sukeçirməzliyi əlavələrin, hopdurucuların və ya nəmədavamlı qarışıqların köməyilə suvamaqla almaq olar.

Hidroşponkaları quraşdırarkən qaynaq konduktorunda , ya da t=(185…195)°C –yə qədər qızdırılmış termobıçaqla qaynaq etmək olar.

«ULTRABAND» materialının bütün müfəssəl xarakteristikaları, hidroşponkaların növləri, habelə, onların quraşdırılması ilə bağlı mühəndisi təlimat «KALMATRON» şirkətinin mütəxəssislərinin tərtib etdiyi Texnoloji reqlamentdə verilir.

«KALMATRON« ŞQ-nun hidroşponkalarının keyfiyyəti sınaqlarla sübut olunub.

Şirkətin məhsulları unikal texniki xarakteristikalara, yüksək elastikliyə, səmərəli susaxlama qabiliyyətinə, quraşdırmada və istismarda etibarlılığa malikdir və uzunmüddətli istifadəyə yararlıdır. Bütün bu keyfiyyətlər müvafiq keyfiyyət sertifikatları ilə, habelə, tikinti sənayesinin Moskva Elmi-Tədqiqat Dəmir-beton İnsttitutu, Sankt-Peterburq QUPS, Sidney, Budapeşt institutları və digər səlahiyyətli təşkilatlarının aparıcı mütəxəssisləri təsdiq edir.

«KALMATRON« şirkətlər qrupu barədə

Şirkət 1992 –ci ildən hidroizolyasiya materiallarının istehsalı sahəsində fəaliyyət göstərir və öz məhsullarını dünyanın 12 ölkəsinə göndərir.

Şirkətin özünün 4 istehsal sahəsinin olması bütün sifarişlərin vaxtında və tam yerinəyetirilməsinə zəmanət verir, hidroizolyasiya şponkalarının istifadəsinin bütün mərhələlərində müəllif nəzarətini həyata keçirən tədqiqat laboratoriyalarının və təcrübəli mütəxəssislərin olması isə müştərilərdə hidrotexniki məhsulların keyfiyyətlə və optimal istifadəsinə tam inamı təmin edir.

Sifarişçinin arzusuna uyğun olaraq «KALMATRON« ŞQ nəinki öz məhsullarını çatdirir, həm də öz podratçı bölmələri vasitəsilə tikinti işlərini yerinə yetirir.

Təhlükəsiz və texnoloji cəhətdən istifadədə mürəkkəb olmayan tikişlər üçün şponkalardan istifadə olunması vaxta və maliyyə vəsaitlərinə xeyli qənaət etməklə bərabər tikinti konstruksiyasının etibarlılığını təmin edir.

ЗАЯВКА НА РАБОТЫ

* -обязательное поле для заполнения