Hidroizolasiya materiallarıГидроизоляционные материалы, материалы для гидроизоляции ТМ «Кальматрон» напрямую от производителяВ нашем каталоге представлены гидроизоляционные материалы для защиты, строительства, и ремонта промышленных и жилых сооружений, фундаментов, бассейнов и других гидротехнических конструкций.

Hidroizolasiya materialları

Nüfuzedici hidroizolasiya Təmir tərkibləri Добавки в бетон Эластичная гидроизоляция Бентонитовый шнур Гидрошпонки Топпинг Грунтовка Упрочнители

Əksər obyektlərin tikintisində istifadə edilən inşaat konstruksiyaları atmosferin və qrunt sularının çoxillik təsirinə məruz qalırlar, bunun da nəticəsində artıq 5-7 ildən sonra öz istimar keyfiyyətlərini itirirlər. Müvafiq təmir tədbirləri görülməzsə betonda dağıdıcı proseslər başlayır – armatura gedib çatan çatlar, intensiv artan korroziya proseslərinin fonunda sukeçirməzliyin və möhkəmliyin itirilməsi. Betonun strukturunu yaxşılaşdıran və onun fiziki xassələrini yüksəldən penetrasiyaedici hidroizolyasiya materiallarının tətbiqi konstruksiyanın vaxtından əvvəl “qocalma”sını dayandırır. Bu materiallar sementlə kimyəvi qarşılıqlı təsir nəticəsində sukeçirməz membranlar yaradır.

Habelə, Sizə tövsiyə edirik ki, bizim məhsulların qısa kataloqu ilə tanış olasınız. .

Hidroizolyasiya materiallarına qoyulan tələblər

Müasir nüfuzedici təsirli hidroizolyasiya materiallarının istifadəsindəki özəlliklər onların üzərinə həm standart hidromühafizə, həm də xüsusi tələblər qoyur. Bu cür məhsulun texnoloji xüsusiyyətlər spektri onların tərkibindəki reagentlərin hidratasiyaya uğramamış sementin hissəcikləri ilə qarşılıqlı əlaqəyə girərək kristallik səviyyədə etibarlı baryer yaratma qabiliyyətlərilə şərtlənir. Bunula əlaqədar penetrasiya edən tərkiblər :

  • suyun düzünə və tərsinə təzyiqinə qarşı sukeçirməzliyi artırmalıdırlar ( müvafiq olaraq Kalmatron 4W və 2W ) qorumalıdırlar;
  • təmir olunan konstruksiyaların buxarkeçirməzliyini
  • şaxtayadavamlılıq normativlərinə 100 tsiklən az olmayaraq uyğun olmalıdırlar;
  • quru və yaş səthlərə, habelə, su basmış səthlərin əks tərəfinə yaxılma imkanı verməlidirlər;
  • əlavə mexaniki mühafizə olmadan səmərəliliyi qorumalıdırlar;
  • əlaqə mühitinin geniş diapazonlu aqressiyasına dözümlü olmalıdırlar;
  • sulfatadavamlı və neft məhsullarinin təsirinə davamlı olmalıdırlar;
  • materiallardan istifadənin aşağı temperatur həddi +50С-dən az olmamalıdır;
  • ultrafiolet şüalarına həssas olmamalıdırlar;
  • icməli su rezervuarlarından istifadə üzrə sanitar normalara uyğun olmalıdırlar.

Göstərilən tələblər nüfuzedici tərkiblərin bütün sırası üçün eynidir. Bundan başqa, hər bir dar profilli hidroizolyasiya materialı tətbiq sahəsinə müvafiq bir-sıra əlavə xüsusiyyətlərə malik olmalıdır.

Hidroizolyasiya üçün materialların təsnifatı

Hidroizolyasiya texnologiyaları sahəsində həm standart məsələrin həllinə kömək edən , həm də, məsələn, iqlim şəraitində xüsusi keyfiyyətlərə malik hidrobaryerlərin qurulmasında istifadə edilən müvafiq materialların geniş spektri istifadə edilir. Bununla bağlı məhsul seçərkən onun quraşdırılma tövsiyələrini, mümkün fiziki-kimyəvi və mexaniki yükləri, habelə digər tələbləri anlamaq lazımdır. В связи с этим при выборе продукции важно понимать, что она должна соответствовать монтажным рекомендациям, предполагаемым физико-химическим и механическим нагрузкам, а также другим требованиям. Hidromühafizə materialları təsnif olunur :

  • mastikalar, onlar həm müstəqil mühafizə rolu oynaya bilər, həm də bükmə membran yapışdırılması və ya ağartma işlərində adqeziv ( yapışdırıcı ) kimi işlədilə bilər;
  • tozvari, istifadəyə hazırlamaq üçün su ilə qarışdırılır, tərkibi polimer-sement və modifikasiya olunmuş komponentlərdən ibarətdir;
  • nüfuzedici, mineral əsasların mikroməsamələrində qarşılıqlı kimyəvi təsir səviyyəsində təsir edir;
  • bükmə, tava və plyonka, istənilən materialdan istənilən baryer yarada bilirlər;
  • boyama,lak, rəng və kiçik polimerizasiya perioduna malik emulsiyalar əsasında;
  • hopdurma, əsasların mikroməsaməli strukturunu nüüfuzedici reagentlər kimi doldursa da, kimyəvi əlaqələr yaratmır;
  • püskürmə, maye rezin əsasında, tikişsiz elastik hidrobaryerlər yaradır.

Optimal hidroizolyasiyanın seçilməsi obyektin (bina, qurğu və ya konstruksiyanın ) peşəkar müayinəsindən , habelə, onun sonrakı istismar şərtlərini dəqiq bildikdən sonra yerinə yetirilə bilər.

Hidroizolyasiya materiallarının xüsusiyyətləri

 «Kalmatron» hidroizolyasiya materiallarının tərkibinə daxildir:

      • Portlandsement
      • xırda fraksiyalaşdırılmış qum
      • kimyəvi aktiv mineral reagentlər kompleksi.

Təsir prinsipi bu reagentlərin (əlavələrin) suyun iştirakı ilə həm beton konstruksiyada, həm də «Kalmatron» tərkibində olan sementlə qarşılıqlı təsirinə əsaslanır. Belə qarşılıqlı təsir əticəsində əmələ gələn doymuş elektrolitik məhlul sementdəki xırda məsamələr və kapillyarlar vasitəsilə betonun dərinliklərinə nüfuz edir və çətin həll olunan kristallara çevrilir. Bunlar betonun strukturunu sıxlaşdırır, ancaq səthi «birdəfəlik» bağlamır, məsamələri isə xırda kapillyarlara bölür. Yaranmış mikroskopik kapillyarlar suyu keçirmir, ancaq hava sirkulyasiyası üçün əlçatan olur.

İstənilən betonda sementin hidratasiyaya uğramamış müəyyən bir qismi var ( yəni, su ilə qarışma nəticəsində betonun kristallik qəfəslərinə çevrilməmiş). Kimyəvi reaksiyalara cəlb olunmamış bu dənəciklər qəfəsin «zəif həlqəsiidirlər – » «Kalmatron » hidroizolyasiya materiallarının qatqıları onları möhkəm birləşmələrə yönəldir, bununla betonun möhkəmliyini və uzunömürlülüyünü gücləndirir.

Hidroizolyasiya materialının mühafizə olunacaq beton səthlə hidratasiyası nəticəsində orada 2-3 mm qalınlığında plyonka əmələ gəlir. Həmin plyonka təmir edilən konstruksiyanı nəmdən və aqressiv maddələrdən qoruyur. Hidroizolyasiya materialının nüfuzetmə dərinliyi betonun məsaməlilik dərəcəsindən, nəmllənmə səviyyəsindən və işlədilən tərkibin həcmindən asılıdır.

«Kalmatron» şirkətinin hidroizolyasiya materiallarının səmərəliliyi

«Kalmatron» məhsulları Elmi-Tədqiqat Dəmir-Beton İnstitutunun, Boçvar ad. Elmi-Tədqiqat Qeyri-Üzvi Materiallar İnstitunun, sanitar-epidmioloji xidmətin və s. –in keyfiyyət sertifikatlarına malikdir.Kalmatron” sistemi materiallarının faydalı xüsusiyyətləri müxtəlif elm müəssisələrinin çoxsaylı tədqiqat və sınaqları ilə aşkar və sübut olunub.

«Kalmatron» hidroizolyasiya materialları yaxılma texnologiyasına, təyinatına və digər parametrlərə görə fərqlənirlər. Onlara daha ətraflı nzərdən keçirək.

Nüfuzedici hidroizolyasiya

Bu qrupa aid olan hidroizolyasiya materialları tikintinin istənilən mərhələsində, o cümlədən, bünövrələrin tökülməsində istifadə olunur. Onlar betonun mikroskopik kapillyarlarını doldurur, hətta təzyiq altında verilən rütubət və aqresiv mühitlərə qarşı etibarlı maneə yaradır.

Müasir «Kalmatron» və «Kalmatron – Ekonom» hidroizolyasiyasını tətbiq etməklə siz betonun aşağıdakı xarakteristikalarını yüksəltmiş olursunuz:

      • sukeçirməzlik – – 3 pillə,
      • şaxtayadavamlılıq – – 2 dəfə,
      • sıxlıq – – 20% və daha çox ,
      • korroziyaya qarşı davamlılıq
      • aqressiv mühitlərə geyri- həssaslıq.

Hidroizolyasiya materiallarının tətbiqi kifayət qədər genişdir: bilavasitə rütubətli mühitlərin yaxınlığında, o cümlədən, içməli su ilə əlaqədə olan obyektlərdə istənilən konstruksiyalar bu materiallarla emal olunmalıdır:

      • nasos stansiyaları,
      • bünövrələr ,
      • şaxtalar,
      • tunellər və s.,

Təmir tərkibləri

Bu tikinti materialları yuxarıda göstərilən nüfuzedici tərkiblər əsasında təsir edir, ancaq təyinatı ilə fərqlənir – onların tətbiqi artıq istismarda olan konstruksiyaların təmir və bərpasında və ya tikinti prosesində betonlamadakı soyuq tikişlərinin və divar/döşəmə kəsişmələrinin doldurulması zamanı məqsədəuyğundur.

İşlədilmə sahəsi:

      • Quyular,
      • Şaxtalar,
      • Tunellər,
      • Bünövrələr,
      • Kürsü mərtəbələri,,
      • Döşəmə və s.

Təmir tərkibləri qismən dağılmış betonun fiziki xarakteristikalarını bərpa edir, bunula da onun istismar müddətini artırmış olur.

Beton qatqıları

Hidroizolyasiya materiallarının betonlama mərhələsində işlədilən bu tipi dəmir-beton konstruksiyaların qrunt sularından, aqressiv mühitlərin və betona dağıdıcı təsir edən digər faktorların təsirindən yetərli mühafizəsi kimi istifadə olunur. “Kalmatron”-D və Kalmatron”-D PRO betonun fiziki-kimyəvi xassələrini aşağıdakı nisbətdə yaxşılaşdırır:

      • möhkəmlik – 30 %-ə qədər
      • şaxtayadavamlılıq – 50 tsikldən yuxarı,
      • sukeçirməzlik – 3 pillə.

«Kalmatron –D» şaxtayadavamlılıqğı F300, aqressiv mühitlərin təsirinə davamlı və qaz, duz və bioloji korroziyaya dayanıqlı betonların yaradılmasına imkan verir.

Betona Kalmatron-D” və “Kalmatron-D PRO” əlavələri istifadə etməklə nüfuzedici hidroizolyasiya qatmadan betonun yüksək istismar xarakteristikalarına nail olmaq olar.

Elastik hidroizolyasiya

«Kalmatron – Elastik» çatlamalara tez-tez məruz qalan konstruksiyaların yüksəkelastikli hidroizolyasiyası üçün zəruridir. Bu cür konstruksiyaların tikintisi üçün material qismində istifadə olunur:

      • Kərpic,
      • Beton,
      • Düzləndirici qat ,
      • suvaq, nəmədavamlı gips-karton
      • AYT (ağac-yonqar tavası ),
      • Faner ,
      • yarıqlı-daraqşəkilli tava.

Bu hidroizolyasiya materialı həm daxili, həm də xarici işlərdə istifadə edilir.

Bentonit şnur

Elastik bentonit- kauçuk şnuru betonlama tikişlərinin və betonlama zamanı boru xəttinin keçdiyi yerlərin hermetikləşdirilməsi üçün zəruridir. Su ilə kontaktda bu material 14-16 dəfə böyüyərək mövcud boşluqları kip doldurur.

Hidroşponkalar

Bu dəmir-beton konstruksiyaların işçi və deformasiya tikişlərinin hidroizolyasiyası üçün müxtılif profilli PVX (polivinilxlorid) lentidir. Tikinti mərhələsində armatur karkasa montaj olunur. Betonlamadan sonra dəmir-beton konstruksiyanın iki hissəsinin möhkəm, hermetik və elastik birləşməsi yaranır.Bu gün hidroşponkalar deformasiya tikişlərinin hermetikləşdirilməsi üçün ən etibarlı və uzunömürlü vasitədir.

 

ЗАЯВКА НА РАБОТЫ

* -обязательное поле для заполнения