Гидроизоляционные добавки для бетона купить в СПб – добавки в бетон для водонепроницаемости от компании КальматронГидроизоляционные добавки для бетона купить в СПб – добавки в бетон для водонепроницаемости от компании КальматронКомплексные добавки в бетон для гидроизоляции Кальматрон наделяют его гидрофобными свойствами обеспечивая водонепроницаемость бетона. ☎ 8 (800) 700-13-26 звоните!

Beton qatqıları

Suyun bilavasitə təsirinə məruz qalan və ya subasma riski yüksək olan sahələrdə quraşdırılmış beton və dəmir-beton konstruksiyalar hidromühafizə vasitələrilə kompleks izolyasiya olunmalıdırlar. Belə vasitələrə Tikinti Norma və Qaydaları ilə nəzərdə tutulan hidrofob beton əlavələri aiddir.

BETONA HİDROİZOLYASİYA ƏLAVƏLƏRİ NƏYƏ LAZIMDIR?

добавки в бетон

Bu komponentlərin məvcudluğu və formalaşdırılan betonun bütün həcmi boyu paylanması suhopma səviyyəsini xeyli azaldır və hazır konstruksiyanın xarakteristikalarına müsbət təsir göstərir. Betona hidroizolyasiyia materialları əlavə olunması imkan verir:

  • Sukeçirməzlik göstəricisini (W ) bir-neçə pillə yüksəltməyə ;
  • şaxtayadavamlılığı ( F ) 50-100 tsikl yüksəltməyə;
  • monolit betonun canına maye neft məhsullarının nüfuz etməsini bloklamağa;
  • sement daşı və polad armaturun korroziyaya dayanıqlığını yüksəltməyə.

Habelə, müxtəlif hidroizolyasiya tərkiblərinin kombinə edilməsi geniş spektrli istismar xarateristikalarına malik konstruksiyalar almağa imkan verir. O cümlədən, əlavə yaxma və bükmə (rulon) materiallardan imtina edilməsi hesabına modifikatorlar tikintinin xeyli ucuzlaşmasına səbəb olurlar.

«Kalmatron-D» beton üçün kompleks əlavəsi

гидроизоляционные добавки в бетон

Sukeçirməzliyi təmin etmək üçün quru qarışıqlar şəklində buraxılan «KALMATRON» beton əlavələrinin içərisində «KALMATRON-D» kompleks hidrofobizatorunu fərqləndirmək lazımdır. Bu tərkib TU 5716-009- 54282519-201 VƏ QOST24211-2008 normaları əsasında şirkətin özünə məxsus olan texnologiya üzrə istehsal edilir. O imkan verir:

  • hazır betonun ümumi hidroizolyasiya xüsusiyyətlərini 2-3 pillə, şaxtayadavamlılığını 50 və daha çox tsikl yüksəltməyə;
  • plastikliyi və quraşdırma rahatlığını artırmağa;
  • möhkəmlik yığımının başlanğıc mərhələsində bərkiməni 20 % yüksəltməyə;
  • korroziya dayanıqlığını fiziki, kimyəvi, bioloji və s. korroziya növlərinə qarşı orta hesabla 1,5 dəfə yüksəltməyə;
  • sement daşının polad armaturlara və qoyma elementlərə qarşı passivləşdirmə təsirini saxlamağa;
  • istənilən təyinatlı rezervuarları , o cümlədən, içməli su rezervuarlarını təmir etməyə.

«KALMATRON-D» qarışığı sement məhlullarının digər modifikatorları ilə işləyə bilir.

«KALMATRON» ŞQ-nun istehsal etdiyi beton əlavələrindən necə istifadə etməli

добавки для бетона для гидроизоляции

«KALMATRON-D» tərkibinin faydalı xüsusiyyətlərini tam mənası ilə aşkar etmək üçün onu zavod təlimatına tam ciddi əməl etməklə işlətmək lazımdır. Əks halda müsbət effekt alınmaz, hətta neqativə yuvarlanaraq monolit betonun xarakteristikalarını aşağı salar.

«KALMATRON-D» beton qatqılarının tətbiqi qaydaları:

  • hələ quru qarışdırma mərhələsində betona hidrofoblaşdırıcı kompleks qatılır. Sementin marka göstəricisi nisbət hesabatına təsir göstərmir, 1m3 hazır məhlula onun sərfiyyatı 10 kq təşkil edir. Yapışdırıcı maddənin miqdarı əlavə olunan qatqının miqdarına müvafiq olaraq azaldılır;
  • komponentlərin bərabər paylanması üçün modifikasiya olunmuş tərkibin qarışdırma müddəti standart inşaat beton qarışığı ilə müqayisədə 20% artır;
  • homogen quru qarışıq materialın verilmiş möhkəmlik markası və alınma texnologiyasına uyğun həcmdə su ilə qarışdırılır. Bu onu göstərir ki, hidroizolyasiya əlavəsinin qatılması su sərfiyyatına təsir etmir;
  • qarışıq eynicinsli struktur və qatılığa malik məhlul alınana qədər qarışdırılmaqda davam edir;
  • çevik betonun quraşdırılması ümumi tiknti metodikası ilə yerinə yetirilir, qəlib formaları həcmi və ya təhtəl səthlər üzrə bərabər paylanma təmin edilir. Maye qarışığın səylə sıxlaşdırılması həm monolitin gözlənilən möhkəmlik markasının, həm də Texniki Şərtlərdə nəzərdə tutulmuş hidromühafizə xüsusiyyətlərinin əldə edilməsinə imkan verir;
  • «KALMATRON-D» qatqısı ilə modifikasiya olunmuş betonların temperatur-rütubət şərtlərinin saxlanması standart betonlardakından fərqlənmir. Belə ki, havanın orta temperaturu +20 0С olduqda betonu 7 sutkadan az olmayaraq nəm halda saxlamaq lazımdır.

Siz beton əlavələrini Bakıda və bizim region təmsilçilərimizdə topdan əldə edə bilərsiniz. Daha geniş informasiyanı bizim menecerlərimizdən ala bilərsiniz.

ЗАЯВКА НА РАБОТЫ

* -обязательное поле для заполнения