Проникающая гидроизоляция - купить гидроизоляционные материалы проникающего действия по выгодной цене производства ГК «Кальматрон»-aПроникающая гидроизоляция - купить гидроизоляционные материалы проникающего действия по выгодной цене производства ГК «Кальматрон»-aНадёжная и простая в применении проникающая изоляция, в широком ассортименте представлена ГК «Кальматрон», тел. 8 800 700 13 26

Проникающая гидроизоляция: устройство и принцип действия

"KALMATRON " ŞQ-nun( SİRKƏTLƏR QRUPU)geniş çeşiddə təqdim etdiyi istifadə zamanı etibarlı və sadə olan nüfuzedici hidroizolyasiya qurğunun səthini modifikasiya etməsi onu sukeçirməz edir. Qatqılar tikintinin bütün mərhələlərində, o cümlədən, bünövə qoyularkən istifadə edilə bilər.

Bizim məhsulları sifariş etmək üçün şirkətin əməkdaşlarına telefonla və ya saytın "yuxarı hissəsinda göstərilən nömrələrə müraciət edə bilərsiniz.

Nüfuzedici hidroizolyasiyasının təyinatı

Yüksəksəmərəli nüfuzedici "KALMATRON" hidroizolyasiyası istənilən beton qurğuların: bünövrə,döşəmə, divar və digər monolit konstruksiyaları sulu mühitin mənfi təsirindən müvafiq texniki-istismar səviyyəsində mühafizəsini təmin edir. Bu hidroizolyasiyanın analoqlarından fərqi yüksək keyfiyyətində, habelə, ondadır ki, "KALMATRON"u həm tikinti işləri mərhələsində, həm də fəaliyyətdə olan obyektlərin mühafizəsi üçün istifadə etmək olar.

Özünün səmərəliliyinə və bir-sıra unikal xüsusiyyətlərinə görə nüfuzedici hidrofobizatorlar tikintinin bütün sahələrində geniş istifadə olunur. Məsələn, hidroqurğuların beton konstruksiyalarının: HES, çökdürüücülər, təmizləyici qurğulr, hovuzlar və s.-in sudan doymasının qarşını almaq üçün.

Özəl tikintidə hidromühafizə quraşdırmaq üçün nüfuzedici tərkibləri beton və kərpic bünövrələrin,nəm zirzəmilərin, habelə, vanna otaqlarının, sanitariya qovşaqlarının və daim yüksək rütubətli olan bütün yerləşgələrin mühafizəsi üçün istifadə etmək olar.

«KALMATRON» izolyasiyası özünü uzun müddət su ilə kontaktda olan betonun mühafizəsi üçün ən səmərəli materiallardan biri kimi göstərmişdir.

BETONUN NÜFUZEDİCİ HİDROİZOLYASİYASI : mənası, təyinatı, tərkibi

Öz adına uyğun olaraq betonun nüfuzedici hidroizolyasiyası – quru qatqı olub, bir-neçə elementdən ibarətdir:

  • portlandsement,
  • müəyyən qranulometriyaya malik hazırlanmış qum,
  • patentləşdirilmiş kimyəvi aktiv reaqentlər kompleksi.

 

Nüfuzedici “KALMATRON” hidroizolyasiyasının səmərəliliyi aşağıdakı xüsusiyyətlərlə səciyyələnir:

  • suyun və suyun xeyli məhlullarının uzunmüddətli təsirinə dayanıqlıq;
  • aqressiv kimyəvi mühitlərin təsirinə yüksək dayanıqlıq;
  • temperatur dəyişkənliyinin təsirilə öz xarakteristikalarını itirmir;
  • müxtəlif “göbələk”lərin yaranmasına səmərəli müqavimət göstərir;
  • beton donarkən onun kapillyarları və mikroçatlarında nəmliyin donması üzündən betonda baş verən dağılmaya mane olur;
  • onu püskürdülmə karbamid (sidik cövhəri) polimerləri , habelə, bütün bükmə ( rulon ) izolyasiya materialları ilə birlikdə istifadə etmək olar ( bu cür kompleks yanaşma təmir olunmuş konstruksiyaların onilliklərlə qorunmasını təmin edir);
  • tamamlama materialları üçün əsas kimi yararlıdır, belə ki, tamamlama işləri üçün hazırlanan sonradan suvanacaq, tavacıqla (kafel )üzlənəcək, şpaklyovka və ya divar kağızı vurulacaq, boyanacaq səthlərin adqeziv xüsusiyyətlərini gücləndirir;
  • özünün daxilə nüfuzetmə təsirinə görə (yəni, üzdə qalmadığına görə) qabıq verib qopmur (və bütün istismar müddəti boyu öz faydalı xüsusiyyətlərini saxlayır.

MÜHÜMDÜR! Nüfuzedici hidroizolyasiya penobeton və ya ona bənzər yüksək məsaməliliyə malik məmulatlarda kifayət qədər səmərəli olmur.

Betonun nüfuzedici hidroizolyasiyası üçün quru qarışıqlardan istifadə üsulları

Betonun səthini tozdan, çirkdən, sement sydyndən, duzdan, boyadan və s. təmiz betona qədər təmizləmək lazımdır ( səth açıq kapillyar struktura malik olmalıdır). Betonun işçi tikişlərini 2 sm dərinliyəcən "açıb", tikiş qarışığı ilə doldurduqdan sonra "Kalmastop" hidroplombu ilə sızmaların qarşısı alınır.Sonra beton səth nəmləndirilir, quru qarışıq su ilə qarışdırılır ( bağlamanın üzərində göstərilmiş nisbətdə) və hazır nüfuzedici hidroizolyasiyanı bir-neçə qat olaraq beton üzərinə yaxırlar. Bu qarışıq tam hopana qədər betonun nəmliyini saxlamaq lazımdır.

Əgər nüfuzedici hidroizolyasiya alıb ondan qaydalara əməl etməklə istifadə etsəniz təmir olunan konstruksiyalara mexaniki mühafizə quraşdırmağa ehtiyac qalmaz: məsələn, düzləndirici sement qatı və ya mühafizə divarına.

Nüfuzedici hidroizolyasiyanın təsiri

Проникающая гидроизоляция бетонаÖz spesifikasına görə betonun nüfuzedici hidroizolyasiyası kristallizasiya baryeri yaradan materiallar qrupa aiddir və aşağıdakı kimi təsir göstərir: quru qarışıq su ilə qarışaraq yarımmaye halına gəlir və şpatel və ya fırçanın köməyilə betonun nəm səthinə yaxılır. Nüfuzedici hidroizolyasiyanın tərkibindəki aktiv (fəal) maddələr betonun məsamələrinə nüfuz edərək orada kimyəvi reaksiyaların təsrilə sukeçirməz kristallara çevrilir ki, onlar da məsamələrin en kəsiyini azaldaraq betonun daxilinə suyun keçməsini mümkünsüz edir.

Проникающая гидроизоляцияHidratasiya ( su molekullarının beton konstruksiyaya yapışması ) nəticəsində işçi səth üzərində 2-3 mm qalınlığında yüksəkmöhkəmlikli plyonka əmələ gəlir ki, bu da betonuntərkibindəki aktiv hissəciklərin yuyulmasının qarşısını almaqla yanaşı betonun su və buxarkeçilməzliyini təmin edir - betonun nüfuzedici hidroizolyasiyası konstruksiyanı nəmdən etibarlı şəkildə qoruyur, amma beton da əvvəlki kimi rahat “nəfəs” alır.

Belə qarışıqların təsir spesifikasını nəzərə alaraq onları çox vaxt penetrasiyaedən ( yəni, nüfuzedici ) adlandırırlar, nüfuzedici hidroizolyasiyanın təsir dərinliyi isə örtüyün məsaməliliyi və nəmlənmə dərəcəsindən, habelə, işlədilən tərkiblərin həcmindən asılı olur.

Nüfuzedici hidroizolyasiyanın üstünlükləri:

  1. Nüfuzedici hidroizolyasiyanı bütün ilboyu alıb işlətmək olar, belə ki, işçi səth nəm olmalıdır.
  2. Hidroizolyasiyanı divarları "çılpaqlamadan", içəridən etməyə icazə verilir. Habelə, "qruntda divar" sxemii ilə quraşdırılmış beton elementlərlə işləməyə icazə verilir.
  3. Hidroizolyasiya olunan konstruksiyalar buxarkeçirməz qalırlar, bu da ki, digər tərkiblərlə mümkün deyil.
  4. Betonun nüfuzedici hidroizolyasiyası "qaba" işləri bitirdikdən sonra da mümkündür.
  5. Hidroizolyasiya ehtiyacı olan konstruksiyaların mexaniki mühafizəsi tələb olunmur.
  6. "Kalmatron" quru qarışıqlarını həm yeni tikintilərdə, həm də istismarda olan obyektlərin rekonstruksiyasında tətbiq etmək olar.

Nüfuzedici hidroizolyasiyanın tətbiq sahələri

Betonun nüfuzedici hidroizolyasiyası ı konstruksiyanın nəmdən mühafizəsi tələb olunan hər yerdə, xüsusilə, yeraltı suların güclü infiltrasiyası olan yerlərdə tətbiq olunur:

  • zirzəmilər,
  • şaxtalar,
  • hovuzlar və s.

Penetrasiyaedici tərkiblər beton qatından suyun və digər mayelərin keçməsini tam məhdudlaşdırır və :

  • şaxtayadavamlılığa,
  • uzunömürlüyüyə
  • aqressiv mühitlərə və ultrabənövşəyi şüalara qarşı qeyri - həssaslığa,
  • yanğınadavamlılığa,
  • partlayış təhlükəsizliyinə malikdir.

Bundan əlavə, nüfuzedici hidroizolyasiya sizin təmir edilmiş səthlərin sonrakı dekoru ilə bağlı imkanlarınınzı məhdudlaşdırmır: onları tavalarla, kaşı və relyefli panellərlə üzləmək, ya da suvamaq və rəngləmək olar.

«KALMATRON», «KALMATRON-EKONOM» və ya «KOLMATEKS» - hansı nüfuzedici hidroizolyasiyanı almalı?

«KALMATRON» qarışığı beton konstruksiyaların, qurğuların, o cümlədən, içməli su ilə kontaktda olan tutumların hidroizolyasiyası üçün tətbiq edilir.

«KOLMATEKS» eynilə həmin «KALMATRON» dur, tərkibinə təmir olunan səthlərə ( məsələn, hovuzlara) estetik görkəm vermək üçün ağ sement qatılır.

«KALMATRON-EKONOM» özünü beton və kərpic səthlər üzərində əla suvaq tərkibi kimi göstərmişdir. O birinci iki tərkibdən geri qalmır, ancaq təmir olunan səthlər hamar deyilsə və 2-3 mm-lik nazik təbəqə kifayət etməzsə ən demokratik və səmərəli variantdır. «KALMATRON-EKONOM» suvaq tərkibi kimi 10 mm-ə qədər qalınlıqda təbəqə ilə vurmaq olar. «KALMATRON-EKONOM» beton, kərpic və qazobeton üzərindən hidroizolyasyon mühafizə örtüyü yaradılması üçün nəzərdə tutulmuşdur.

ЗАЯВКА НА РАБОТЫ

* -обязательное поле для заполнения