Топпинг для бетона. Купить бетонный топпинг от производителяТоппинг для бетона. Купить бетонный топпинг от производителяТоппинг для полов - лучшее решение для бетонных полов на производстве. Благодаря особым добавкам обладает высокой ударопрочностью. Компания Кальматрон работает более 20 лет на рынке России и стран СНГ. Звоните 8 800 700 13 26

Топпинг

BETON DÖŞƏMƏLƏR ÜÇÜN TOPPİNQLƏRİN TƏRKİBİ VƏ TƏYİNATI

Beton üçün TOPPİNQ – bu plastifikator, doldurucu,keyfiyyətli sement və digər modifikasiyalaşdırıcılardan ibarət qarışıq olub, beton döşəmənin səthinə çəkilir ki, onun xarici səthinin istismar xarakteristikalarını yüksəltsin. Bu tapşırığın öhdəsindən gəlmək üçün, əsasən ,”KALMATRON” şirkətinin hazırlamış olduğu “ULTRATOP-KVARS” beton toppinqindən istifadə olunur, hərçənd, digər analoqlar da var. Bu tərkibin köməyilə aşağıdakı işlər görülür :

  • təkərli- yabalı yükləyicilərin, habelə, digər yükləmə-boşaltma texnikasının istismar edildiyi ambar yerləşgələri;
  • sənaye və istehsalat yerləşgələri, hansı ki, bunlarda döşəmə örtüklərinə mexaniki möhkəmlik, kimyəvi və bioloji təsirlərə və s. faktorlara dayanıqlıq nöqteyi-nəzərindən çox ciddi tələbkarlıq mövcuddur;
  • çox böyük piyada yüklərinə malik zonaları olan ictimai və kommersiya qurğularının yerləşgələri;
  • parkinqlər və örtülü avtodayanacaqlar;
  • xeyli temperatur dəyişmələrinə malik isti və soyuq sexlər, habelə, digər yerləşgələr.

«ULTRATOP KVARS« TOPPİNQİ İLƏ TƏMİR OLUNAN BETON DÖŞƏMƏLƏRİN ÜSTÜNLÜKLƏRİ

  1. Beton əsasın xarici səthinin möhkəmlənməsi tozəmələgəlməni aşağı salır.
  2. Möhkəmlik və aşınmaya dayanıqlıq artır, bu da daha ağır yerdəyişmə texnikasının istismarına imkan yaradır.
  3. Rütubətə və şaxtaya davamlılıq artır.
  4. Döşəmənin, habelə, bütün yerləşgənin gigiyenikliyinə imkan verən aqressiv kimyəvi maddələrdən istifadə etməklə mexaniki təmizləmənin asanlaşması.
  5. İstismar müddəti artır.
  6. Aşağı markalı betonlardan istifənin mümkünlüyüdür ki, bu da tikinti işlərinin smeta dəyərinə müsbət təsir edir.

«ULTRATOP- KVARS» tərkibinin istifadəyə hazırlığı ilə bağlı tövsiyələr

Döşəmələrin beton əsasları və onların örtükləri M300 və daha yüksək markalı betonlardan istifadə etməklə quraşdırılır. Xammalın təmizliyinə xüsusi diqqıt yetirilir – onun tərkibində duz qarışıqlarına, o cümlədən, kalsium xloridə yol verilmir. Bundan əlavə, aşağıdakı şərtlər yerinə yetirilməlidir:

  • cəlb edilmiş havanın miqdarı – 3%-dən çox olmamalıdır;
  • məhlul tərtibatının mikroiqlim parametri – 60%-ə qədər nisbi rütubət şəraitində temperatur +10...+200C;
  • beton qarışığının sıxlaşdırılması dərinlik vibratorlarının köməyilə yerinə yetirilir, bu zaman onun təbəqələşməsinə yol verilmir;
  • səthin düzləndirilməsi əl aləti tətbiq etməklə, habelə, xüsusi vasitələr, məsələn, vibrasiya reykalarından istifadə etməklə maksimum keyfiyyətlə yerinə yetirilir.

Beton üçün toppinqin vurulma texnologiyası

Beton döşəmə üçün toppinqi onun səthinə düşən yüklər in intensivliyini nəzərə almaqla dozalaşdırmaq zəruridir: mötədil göstəricilərdə möhkəmləndirici tozun sərfiyyatı 3-5 kq/m2, daha yüksək olduqda –5-8 kq/m2 təşkil edir.

Tərkibin çəkilməsi 2 yanaşmada yerinə yetirilir. Birinci yanaşma zamanı toppinqin 2/3 hissəsi təmir olunacaq səthin bütün sahəsi boyu bərabər paylanır. Kobud birinci sürtülmə (zatirka) betonun ilkin bərkiməsi mərhələsində aparılır ( onun səthi üzrə artıq ehtiyatla yerimək olar):

  • sürtülmə mexanizmləri – «helikopterlər» ilə;
  • əllə – qapı və kommunikasiya oyuqlarının, divarların yanında, künclərdə və maşınlar üçün çətin olan digər yerlərdə.

Toppinq tozunun ikinci hissəsi vurulduqdan sonra son tamamlama işləri – planlı şəkildə «güzgü» səthinin hamarlaşdırılması- yerinə yetirilir. İkinci yanaşma prosesində «helikopterin» pərləri minimal mümkün əyilmə bucağına qoyulur. Daha sonra sürtülmə sürəti və pərlərin hücum bucağı tədricən artırılır.

Sürtülmə işləri yerinə yetirildikdən sonra beton toppinqin vurulma texnologiyasına uyğun olaraq +50 C və daha üyksək temperaturda səth 28 sutkadan az olmayaraq gözlənilir. Yerləşgədə rütubət 60%-dən aşağı düşərsə betonun qurumasının qarşısını almaq məqsədilə onun səthini polietilen plyonka ilə örtürlər.

ЗАЯВКА НА РАБОТЫ

* -обязательное поле для заполнения