Təhlükəsizlik texnikası üzrə tədbirlər

Hidroizolyasiyanın quraşdırıllması üzrə işlərin icrası zamanı 12-04-2002 saylı “Tikintidə əməyin təhlükjəsizliyi” TNvəQ Hissə 2-də təsbit olunmuş təhlükəsizlik texnikası qaydalarını rəhbər tutmaq lazımdır..

KALMATRON mühafizə tərkibi toksik, yanğın və partlayış təjlükəli deyildir və suvaq işlərilə bağlı əlavə təhlükəsizlik texnikası tədbirləri tələb etmir.

Hidroizolyasiyanın quraşdırılması üzrə işlərə xüsusi təlim keçmiş, təhlükəsizlik texnikası üzrə texniki minimum vermiş və tibbi baxışdan keçmiş ( ildə azı 1 dəfə) şəxslər buraxılır.

Fəhlələr mühafizə vasitələri ilə təmin edilməlidirlər: sıx parçadan kombinezonlar, rezin çəkmələr (rezin altlıqlı botlar), rezin əlcəklər, təkbarmaqlıqlar, mühafizə eynəkləri, pambıq parçadan şlem, respiratorlar, üz dərisinin mühafizəsi üçün tənzif sarğılar.

Mühafizə tərkibi qarışığı dərinin çılpaq hissələrinə düşdükdə dərinin həmin hissəsini qarışıq dəriyə düşəndən 5-10 dəqiqə ərzində su ilə yumaq lazımdır.

Forsunkaların köməyilə ( rozlandırıcı tapançaların) tərkiblərin mexaniki üsulla vurulması zamanı işdən öncə şlanqların, su tutumunun, kompressor qurğusunun və forsunkanın işlək vəziyyətdə olduğunu yoxlamaq lazımdır. Hava şlanqları birləşmə yerlərində xomutlarla möhkəm bərkidilməlidir. Periodik olaraq, 3 ayda 1 dəfə, rezin şlanqları işçi təzyiqdən 2 dəfə artıq təzyiqlə sınamaq lazımdır.

İşə başlamazdan öncə bütün mexanizm və alətlərin işlək olduğunu yoxlamaq zəruridir. 30V-dan yuxarı gərginlikli elektrik alətləri “torpaqlanır”.

ЗАЯВКА НА РАБОТЫ

* -обязательное поле для заполнения