Yerinə yetirilmiş işlərin keyfiyyətinə nəzarətin metod və vasitələri

Yerinə yetirilmiş işlərin keyfiyyətinin yoxlanılmasını diqqətli xarici baxışla yerinə yetirmək lazımdır: örtük düz, aralıqsız olmalıdır. Emaldan 1 sutka keçdikdən sonra səthin qabıq verməsi olmamalıdır.

Beton və dəmir-beton konstruksiyaların hidroizolyasiyasının quraşdırılması və ya bərpasının keyfiyyətinin yoxlanması KALMATRON sistemi materiallarının tətbiqindən ən azı 28 sutka sonra həyata keçirmək olar:

  • Sukeçirməzliyin yüksəldilməsini “Betonlar. Sukeçirməzlik metodlarının təyini” üzrə QOST 12730.5-84 əsasında betonun sukeçirməzliyini dağıntısız nəzarətin tezləşdirilmiş metodu ilə təyin edən qurğu vasitəsilə yoxlamalı;
  • Sıxılmada möhkəmliyin yüksəldilməsini “Betonlar. Möhkəmliyin dağıntısız nəzarətin mexaniki metodları ilə təyini” üzrə QOST 22690-88 əsasında dağıntısız nəzarətin tezləşdirilmiş metodu ilə betonun sıxılmada möhkəmliyin təyini üçün OMŞ”-1” zərbə impulsu qurğusu ilə yoxlamalı.

Bütün ölçmələri texniki nəzarət jurnalında qeyd etməli: işlərin icrasından öncə və işlərin başa çatmasından 28 sutka sonra.

ЗАЯВКА НА РАБОТЫ

* -обязательное поле для заполнения