Qablaşdırma, nəqletmə və saxlanma

KALMATRON ailəsi tərkibləri əlavə QOST 226-88 üzrə və ya istehlakçı ilə razılaşma əsasında polietilen paketlərlə lehimlənmiş hermetik bağlı çoxlaylı kağız kisələrə qablaşdırılır.

Hər bir kisə aşağıdakı göstəricilərə malik olmalıdır:

  • Istehsalçı – müəssisənin adı;
  • Məhsulun adı;
  • Dəstin nömrəsi;
  • Netto çəkisi, kq;
  • Istehsal tarixi;
  • Zəmanətli saxlanma müddəti;
  • Texniki şərtlərin işarələnməsi;
  • istifadə üzrə ümumi təlimat;
  • saxlama şəraiti;
  • QOST 14192-96 üzrə “Rütubətdən qorumalı” manipulyasiya nişanlı nəqletmə markası

Tərkib həmin nəqliyyat növünə şamil edilən nəqletmə qaydalarına müvafiq olaraq rütubət və çirklənmədən qoruyan bütün qapalı tipli nəqliyyat vasitələrilə nəql edilir.

Tərkibi qızdırılmayan bağlı yerləşgələrdə və istehsalçı-müəssisənin pozulmamış kisələrində saxlanmasına yol verilir.

Qablaşdırılmış tərkiblərin saxlanılması zamanı onlara sərbəst yanaşmanı təmin edərək sıra ilə döşəmədən 15sm aralı və hündürlüyünə 1,8m-dən çox olmamaqla taxta poddonlara (altlıqlara) yığırlar. Kisələrin zədələnməsinə yol verilmir.

Zədələnmiş kisələrdə tərkibi ambar tipli saxlanclarda saxlanılmasına yol verilmir.

Tərkibin zəmanət müddəti 6 aydır.

Tərkib pozulmamış kisələrdə 6 aydan çox saxlandıqda onun bütün normalaşdırılmış keyfiyyət göstəricilər üzrə sınağı aparılır və ya 20 % aktivliyi ən azı 400 olan sementlə quru halda qarışdırılır.

ЗАЯВКА НА РАБОТЫ

* -обязательное поле для заполнения