Hidroizolyasiya işlərinin yerinə yetirilməsi

Mövcud monolit dəmir-beton və yığma beton konstruksuyaların hidroizolyasiyası

KALMATRON sistemi tərkibləri yaxılmazdan öncə səth toz, çirk, sement südü, duz ləkələri,boya və s. –dən təmiz betona qədər təmizlənir ( səth açıq kapillyar struktura malik olmalıdır). Betonun təmizlənməsini aşağıdakı üsullarla aparmaq olar:

  • Mexaniki təmizləmə aşağıdakıları özündə ehtiva edir – səthin yüksək təzyiq aparatı, metal tüklü şotka və ya istənilən digər məqbul mexaniki üsulla təmizlənməsi.
  • Kimyəvi təmizləmə, sement plyonkanı həll edərək beton məsamələrini açan betonun kimyəvi frezerlənmə tərkiblərindən istifadəni nəzərdə tutur.

Təzyiqli su axan yerləri sındırma çəkici ilə dərinliyinə genişləndirməklə ( imkan dairəsində “Qaranquş quyruğu” formasında) dərinliyinə ən azı 30mm, eninə ən azı 20mm açmalı, alınan dəliyi diqqətlə yumalı. Axmanı tezbərkiyən “KALMASTOP” tərkibi ilə dayandırmalı. “KALMASTOP” tərlibinin sərfi 1,5kq/dm3.

Betonlamanın işçi tikişlərini, qovuşmaları, çatları ölçüləri 25x25 olan ştrablarla uzunluq boyu açmalı. Ştrabları təmizləməli, tozsuzlaşdırmalı, su ilə yaxşı islatmalı və “KALMATRON – ŞOVNIY” tərkibi ilə doldurmalı. “KALMATRON – ŞOVNIY” tərkibinin sərfi – ştrabın ölçüləri 25x25mm olduqda 1kq/p.m.

Diqqət! Yığma beton konstruksiyanın hidroizolyasiyası zamanı bloklar arasındakı bütün tikişləri açıb hidroizolyasiya etməli.

Nüfuzedici təsirli “KALMATRON” hidroizolyasiyasını bilavasitə yaxmazdan öncə səthi beton strukturu tam doyana qədər diqqətlə islatmalı.

Səthi hazıradıqdan sonra “KALMATRON” tərkibinin məhlulunu suyun filtrasiyası məqsədilə şaquli və üfüqi səthlərə suyun filtrasiyası mqsədilə yaxırlar. Yaxma aşağıdakı üsullarla mümkündür:

  • Şpatel vasitəsilə əllə, qalınlığı 1,5-2mm olmaqla 1 lay və ya sintetik lifli fırça ilə 2 laylı ( xaç üstə xaç şəkilli), birinci lay beton üzərinə, ikinci təzə, amma artıq qurumuş birinci lay üzərinə yaxılır.
  • Püskürdücü tapança tətbiq etməklə mexaniki üsulla, 2 laydan ibarət.

Emal olunmuş səthləri 3 sutka ərzində nəm halda saxlamalı ( su ilə mütəmadi suvarma), mexaniki zədələnmələrdən, birbaşa günəş şüalarından və yağışdan mühafizə etməli.

Tamamlama və dekorativ üzlüklərin vurulmasının icrası 28 sutkadan sonra tövsiyə olunur. Bu vaxt icraçı ilə razılaşdırdıqdan sonra tətbiq olunan materialların tipindən asılı olaraq azalldıla və ya artırıla bilər.

Betonlama mərhələsində beton konstruksiyaların hidroizolyasiyası

Beton və dəmir-beton konstruksiyaların betonlama mərhələsində, habelə, beton məmulatların istehsal mərhələsində hidroizolyasiyası və aqressiv mühitlərdən mühafizəsi məqsədilə betona “KALMATRON – D” əlavəsi tətbiq olunur.

“KALMATRON – D” əlavəsinin optimal miqdarı beton markası və və yapışdırıcının sərfindən asılı olmayaraq 10 kq/m3 təşkil edir. “KALMATRON – D” əlavəsinin qatılması yapışdırıcının çəki üzrə analoji hissəsinin əvəzinə yerinə yetirilir.

Natrium duzları əsasında modifikasiya olunmuş superplastifikator əlavələrin betona qatılmasına yol verilir. Bu zaman superplastifikator və “KALMATRON – D” əlavələrinin beton qarışığı tərkibində təsir mexanizmi pozulmur, habelə, əlavələrin səmərəliliyinin azalması və nə bir- birinə, nə də beton qarışığına hər hansı neqativ təsiri baş vermir. “KALMATRON – D” əlavəsinin başqa əlavələrlə istifadəsi Dəmir- beton məmulatları zavodunun labotaroriyasında sınaqların nəticəsində öncədən dəyərləndirilir.

Beton qarışığının döşənməsi zamanı işlərin keyfiyyətlə yerinə yetirilməsinə xüsusi diqqət yetirmək lazımdır, belə ki, bütöv beton konstruksiyanın son istimar xarakteristikaları beton qarışığının tələb olunan döşənmə sıxlığının təmin olunması və qəlib formalarının keyfiyyətli doldurulmasından birbaşa asılıdır.

Mühümdür! “KALMATRON – D” əlavəsinin betona hidroizolyasiya əlavəsi kimi istifadəsi zamanı bütün tikişləri, kəsişmələri, qovuşmaları, kommunikasiya girişlərini “ULTRAPLAT” hidroizolyasiya şnuru və ya “KALMATRON – ŞOVNIY” tərkibinin köməyilə əlavə hidroizolyasiya etmək zəruridir.

Beton zavodu şəratində istifadə:“KALMATRON – D” əlavəsinin hesabi miqdarı transportyor lentinə və ya çəki dozatoruna quru halda tökülür.

Tikinti meydançası şəraitində istifadə: “KALMATRON – D” əlavəsinin hesabi miqdarı su ilə 1l-ə 1kq quru qarışıq hesabı ilə qarışdırılır və betonqarışdırıcı və ya betondaşıyan avtomobilə tökülür. Bu zaman qarışdırma vaxtını minimum 10 dəqiqə artırmaq tövsiyə olunur.

Betonun döşənməsi beton işlərinin yerinə yetirilməsi normalarına əsasən aparılır.

Kərpic və daş konstruksiyaların hidroizolyasiyası.

Səthin hazırlanması:

  • Kərpic hörgü suvaq, ağartma, boya və s.-dən kərpicə qədər təmizlənir. Sonra kərpicin səthi metal şotkalarla təmizlənir və toz və çirkin yuyulması üşün “Kerxer” tipli yüksək su təzyiqi aparatı vasitəsilə yuyulur.
  • Konstruksiya elementlərinin üfüqi və şaquli qovuşmalarını (divar-döşəmə, divar-tavan kəsişmələri) dərinliyinə və eninə ən azı 20mm açılır və KALMATRON – ŞOVNIY” tərkibinin köməyilə yuxarıda təsvir olunmuş sxem üzrə hidroizolyasiya edilir.
  • Divarın kərpic və döşəmənin beton əsasındakı çatlar açılmalıdır.
  • Səth təmiz, toxunduqda kələ-kötür, tikişlər və çatlar açılmış, tozsuzlaşdırılmış və su ilə yuyulmuşdursa hazır sayılır.

Daha sonra. rütubətin kapillyar qalxması halı baş verdikdə inyeksion hidroizolyasiya (kapillyar ayırma) etmək zərurəti yaranır:

  • Daxili divarların kapillyar sorması zamanı ayırıcı hidroizolyasiya divarın dabanında edilir.
  • Xarici divarların sorması zamanı – qrunt səviyyəsindən 15-20sm yuxarı.

Ayırıcı hidroizolyasiyanın yerinə yetirilmə metodu

  • D-30mm-lik şpurları şahmat qaydasında 30-45 dərəcə bucaq altında konstruktiv divarın əks kənarından 50-70mm məsafəyədək açmalı. Şpurların addımı 200-250mm.
  • Dəliklərin üfürülməsi və rütubətlə tam doyanadək isladılması.
  • Dəliklərin sement məhlullarının ötürülməsi üçün nasosların köməyilə “KALMATRON” tərkibi ilə doldurulması. Kərpic üçün təzyiq 0,2 Mpa-dan çox olmamalıdır.

Ayırıcı hidroizolyasiyanı yerinə yetirdikdən sonra kərpic hörgünü su ilə yaxşıca islatmalı və “Kalmatron-Ekonom” tərkibi ilə 5-10mm qalınlığında suvamalı. Qalınlıq10mm-dən artıq olduqda suvaq toru istifadə etməli.

Emal olunan səthləri 3 sutka ərzində nəm halda saxlamalı (mütəmadi olaraq su ilə suvararaq), mexaniki zədələnmələrdən, birbaşa günəş və yağışdan mühafizə etməli.

Tamamlama və dekorativ üzlüklərin vurulmasının icrası 28 sutkadan sonra tövsiyə olunur. Bu vaxt icraçı ilə razılaşdırdıqdan sonra tətbiq olunan materialların tipindən asılı olaraq azalldıla və ya artırıla bilər.

Tavanın xarici tərəfinin KALMATRON tərkibinin köməyiləylə çiləmə üsulu ilə hidroizolyasiyası

Emal olunacaq beton səthi sement südü, torpaq,plyonka və s. yad cisimlərdən təmizlənməlidir.–dən təmiz betona qədər təmizlənməlidir. Səth açıq kapillyar struktura malik olmalıdır.

Çat, soyuq tikiş və kavernalar kimi struktur qüsurları KALMATRON materiallarının istifadəsi təlimatına uyğun olaraq aşkarlanmalı və kənarlaşdırılmalıdır.

KALMATRON tərkibləri tətbiq olunmamışdan öncə betonun səthi əsaslı şəkildə su ilə nəmləndirilməlidir, yaxşı olar ki, yüksək su təzyiqi aparatı ilə emal olunsun.

Bünövrə tavasının döşənməsindən 30-60 dəqiqə öncə hazırlanmış səth üzərinə ( beton hazırlığına) quru halda KALMATRON tərkibi çilənir. Beton hazırlığının bütün səthi boyunca materialın bərabər paylanmasına əməl olunması mühümdür. Bundan sonra beton işləri təyin olunmuş texnologiya əsasında aparılmalıdır.

Quru qarışığın sərfi – 1m2-ə 2-3 kq.

Tikişlərin, çatların, qovuşmaların hidroizolyasiyası

Tikiş, çat və qovuşmaların hidroizolyasiyası KALMATRON – ŞOVNIY” tərkibinin tətbiqi ilə aparılır.

Betonlamanın işçi tikişləri, qovuşmalar, çatlar uzunluq boyunca 25x25mm ölçülü ştrabla açılmalıdır. Ştrabları təmizləməli, tozsuzlamalı, su ilə yaxşıca islatmalı və “KALMATRON – ŞOVNIY” tərkibi ilə doldurmalı. “KALMATRON – ŞOVNIY” tərkibinin sərfi ştrabın ölçüsü 25x25mm olduqda -1kq/p.m.

Aktiv axmaların likvidasiyası

Təzyiqli su axan yerləri sındırma çəkici ilə dərinliyinə genişləndirməklə ( imkan dairəsində “Qaranquş quyruğu” formasında) dərinliyinə ən azı 30mm, eninə ən azı 20mm açmalı, alınan dəliyi diqqətlə yumalı. Axmanı tezbərkiyən “KALMASTOP” tərkibi ilə dayandırmalı. “KALMASTOP” tərlibinin sərfi 1,5kq/dm3.

ЗАЯВКА НА РАБОТЫ

* -обязательное поле для заполнения