İşlərin icra mərhələri

Səthlərin hazırlanması

KALMATRON ailəsi materialları işlədilməmişdən öncə bütün səthlər müayinədən və hazırlıqdan keçməlidir.

Köhnə və yetmiş beton səthlərinin hazırlanması

  • Beton səthdən suvaq, boya və ağartma qatlarını “sağlam” betona qədər kənarlaşdırmalı. Zədələnmə yerlərində perforator və ya külünglərin köməyilə boşalmış və qopmuş beton qatları götürüülür.
  • Metalların dikələn hissələrini beton səthin 1,5 – 2,0 sm dərinliyinəcən kəsmək.
  • Betonun metal və plyonka qəlibdən sonrakı hamar səthini metal şotka və ya yüksək təzyiq aparatı ( hidromonitor) vasitəsilə yağlama və s. çirklənmələrdən təmizləməli. Yetərincə səmərəli olmadıqda səthi 1,5-2 sutka ərzində5-10 %-lik xörək duzunun məhlulu ilə 2-3 dəfə emal etməli və hidromonitorla təmizləməni təkrar etməli. Hər 1-1,5 saatdan bir yumaqla 5%-li xlorid turşusunun tətbiqi mümkündür.
  • Hazırlanmış beton səth açıq kapillyar struktura malik, təmiz, qabıqsız, qəlib yağları, sement plyonkaları, duz ləkələri , yağ axıntıları və s.-dən təmiz olmalıdır.
  • Betonun islanma dərinliyi rütubətlə doyma halında ən azı 1 sm olmalıdır.

Yeni döşənmiş beton səthlərin hazırlanması

  • Metalların dikələn hissələrini beton səthin 1,5 – 2,0 sm dərinliyinəcən kəsmək.
  • Betonun metal və plyonka qəlibdən sonrakı hamar səthini metal şotka və ya yüksək təzyiq aparatı ( hidromonitor) vasitəsilə yağlama və s. çirklənmələrdən təmizləməli. Yetərincə səmərəli olmadıqda səthi 1,5-2 sutka ərzində5-10 %-lik xörək duzunun məhlulu ilə 2-3 dəfə emal etməli və hidromonitorla təmizləməni təkrar etməli. Hər 1-1,5 saatdan bir yumaqla 5%-li xlorid turşusunun tətbiqi mümkündür.
  • Hazırlanmış beton səth açıq kapillyar struktura malik, təmiz, qabıqsız, qəlib yağları, sement plyonkaları, duz ləkələri , yağ axıntıları və s.-dən təmiz olmalıdır.
  • Betonun islanma dərinliyi rütubətlə doyma halında ən azı 1 sm olmalıdır.

Kərpic səthlərin hazırlanması onların təmiz kərpicə qədər təmizlənməsindədir

KALMATRON tərkiblərini yaxmazdan öncə səthi rütubətlə tam doyana qədər islatmalı. İzafi suyu kənarlaşdırmalı ( səth nəmdir, ancaq su təbəqəsi yoxdur). Səthlərin təmizlənməsi, tozsuzlaşdırılması, yuyulması və isladılmasını 150-200 Bar təzyiq altında turbobaşlıqlı yüksək təzyiq aparatı (hidrominitor) vasitəsilə yerinə yetirmək tövsiyə olunur.

Tərkiblrin hazırlanması

KALMATRON ailəsi materialları su məhlulları şəklində işlədilir.

Emal üçün hazırlanmış tərkibin həcmi ən çoxu 30 dəqiqəlik iş zamanı istifadə ediləcək qədər olmalıdır..

Məhlulların hazırlanması üçün texniki və ya içməli sudan istifadə edilməsi zəruridir.

Məhlullar əllə, həm də mexaniki yolla bircinsli kütlə alanadək səylə qarışdırılır.

İş prosesində məhlulun plastikliyinin itirilməsi zamanı qarışdırmanı təkrar etməli. Məhlula əlavə suyun qatılması yolverilməzdir.

Tikiş, çat və digər qüsurlu sahələrin doldurulması

  • Bloklar arasında tikişləri, betonlama tikişlərini, kəsişmə və qovuşmaları enindən asılı olmayaraq bütün uzunluğu boyunca sındırıcı çəkic və ya perforatorlarla açmalı.
  • Açılımın dərinliyi tikişin eni 20mm və daha çox olduqda -25-30mm. Daha az enə malik tikişlər üçün açılımın eni 10-20mm.
  • Açılma eni 1mm-dən çox olan çatları ən azı onun eni qədər dərinləşdirməli. Bundan az olduqda isə yüksək təzyiq aparatları vasitəsilə yumalı. Oradan yuyulma məhsullarını kənarlaşdırmaq mümkün olmadıqda çat üzrə əllə və ya mexaniki üsulla 6mm dərinliyədək açmalı.
  • Açılmış tikişləri tozdan təmizləyib su ilə yumalı ( yaxşı olar ki, yüksək təzyiq aparatları ilə). Bilavasitə dolurmazdan öncə tikişləri səth tam doyana qədər islatmalı.
  • Daim su gələn sızmaları tezbərkiyən KALMASTOP tərkibi ilə ləğv (likvidasiya) etməli. Blokladıqdan təxminən bir saat sonra bu səth sahəsini əlavə olaraq nüfuzedici təsirli KALMATRON və ya KALMATRON-EKONOM tərkibi ilə izolyasiya etməli.
  • 1mm-dən böyük tikişləri, çatları, qopuqları KALMATRON- ŞOVNIY hidroizolyasiya tərkibi ilə doldurmalı. 1mm-dən az olan çatları KALMATRON tərkibi ilə doldurmalı.
  • Ayrı-ayrı hallarda ( müayinəyə uyğun olaraq) əlavə gücləndirmə tələb olunan inşaat konstruksiyalarının bərpası ilə bağlı nəzərə çarpacaq həcmlərdə təmir işlərini HİDROBETON SRQ- 1, SRQ-2, HİDROBETON SRQ-F1, SRQ-F2 tərkibləri ilə görməli. Zərurət yarandıqda bu sahələri KALMATRON nüfuzedici təsirli tərkibi ilə əlavə izolyasiya etməli.
  • Örtük tavaları arasındakı tavan tikişləri metal qəlibdən qalma, adətən, qəlib yağlarının izləri olan hamar səthə malikdir. Açılmadan sonra tikişlərin kənarlarını yarmalı (doğramalı). Tikişlərin səthlərini metal şotkalarla təmizləməli. İslatdıqdan sonra KALMATRON- ŞOVNIY tərkibi ilə doldurmazdan 15-20 dəqiqə öncə tikişləri duru qatılmış ( su/sem= 3:1 ) KALMATRON-D tərkibi ilə qruntovka etməli.

Konstruksiya səthlərinin hidroizolyasiyasının quraşdırılması

Mühafizə-hidroizolyasiya örtüyünü 2 üsulla yerinə yetirmək olar.

1-ci variant. KALMATRON qarışığı ilə hidroizolyasiya ( beton, sement-qum səthləri)

Mexaniki üsulla yaxma:

KALMATRON tərkibini məhlul şəklində layın ümumi qalınlığı 1,5-2mm, işçi təzyiqi 6 Bar olan püskürdücü tapança ilə 1 layı 2 keçidə vurmalı. Keçidlərin arasındakı interval 10-15 dəqiqədir.

Məhlulun hazırlanması:

  • Mühafizə tərkibinin zəruri miqdarını kisədən qaba tökməli və texniki və ya içməli su ilə 1 kq tərkibə 350-400ml hesabı ilə qarışdırmalı. а.
  • Məhlulu bircinsli kütlə alanadək səylə qarışdırmalı.
  • İş prosesində plastikliyin itməsi zamanı qarışdırmanı təkrar etməli.

Əl üsulu ilə yaxma:

KALMATRON tərkibi şpatlyovka kimi başdan-başa bir layda şpatelin köməyilə yaxılır. Alınan örtüyün qalınlığı 1,5-2mm.

Məhlulun hazırlanması:

  • Mühafizə tərkibinin zəruri miqdarını kisədən qaba tökməli və texniki və ya içməli su ilə 1 kq tərkibə 250ml hesabı ilə qarışdırmalı.
  • Məhlulu bircinsli kütlə alanadək səylə qarışdırmalı.
  • İş prosesində plastikliyin itməsi zamanı qarışdırmanı təkrar etməli.

2-ci variant. KALMATRON-EKONOM suvaq tərkibi ilə hidroizolyasiya ( beton səthlər, kərpic, qazobeton, but vəs.)

KALMATRON-EKONOM suvaq kimi 1 və ya bir-neçə qat şəklində vurulur.

Alınan qatın qalınlığı 3-10mm olduqda torsuz, 10-30 mm olduqda isə yastı suvaq toru üzərindən vurulur.

Hər iki variantda zərurət olduqda səth əsasının ən azı M150 markalı sement-qum məhlulundan suvaq ilə düzləndirilməsi həm hidroizolyasiyaya qədər, həm də sonra mümkündür.

Hidroizolyasiyanın yerinə yetirilməsi və düzləndirici suvaq arasında interval ən azı 3 sutkadır, так и после. Интервал между выполнением гидроизоляции и выравнивающей штукатурки — не менее трёх суток.

Bərpa olunmuş konstruksiyaya xidmət

KALMATRON ailəsinin mühafizə tərkiblərindən istifadə etməklə izolyasiya –bərpa işlərinin yerinə yetirilməsindən sonra mühafizə qatına diqqətli xidmət təmin etmək lazımdır.

Tərkib quruduqdan və tərkibin səthdən yuyulma təhlükəsi aradan qalxdıqdan sonra da səthin nəmləndirilməsini yerinə yetirmək lazımdır. Emaldan ilk 8 saat sonra hər 2 saatdan bir və 3 sutka ərzində sutkada 2-3 dəfə suyun sərfi 1-3 l/m2 olmaqla isladılır. Günəşli, küləkli və qızmar hava şəraitində xarici işlərdə yaxılmış mühafizə qatını qurumaması üçün parça ilə ( giş(meşkovina), toxunmayan sintetik material, dornit və s.) örtmək və tam qurumasına yol verməmək üçün onun sutka ərzində mütəmadi suvarılmasını yerinə yetirmək lazımdır.

Qış vaxtı daxili səthlərin mühafizəsini daim fəaliyyət göstərən istilik və ventilyasiya sistemlərinin mövcudluğu şəraitində həyata keçirirlər. İstilik sistemlərindən istifadə mümkün olmadıqda hava qızdırıcıları ( elektrik və ya maye yanacaqla işləyən ) tətbiq olunur.