Təmir Tərkibləri, Təmir Materiallarının Hazırlanması
KALMATRON şirkətinin təmir tərkibləri funksional təyinatına görə fərqləndiyindən onların düzgün seçimi başlıca şərtdir. Belə ki:
1. Betonlama zamanı birləşmələrin, kəsişmələrin və işçi tikişlərin hidroizolyasiyası (Kalmatron-Şovnı);
2. Təmir materiallarının hazırlanması xarici və daxili işlərdə müxtəlif ölçülü (5-50 mm və 2-40mm) defektlərin təmiri və hidroizolyasiyası (Hidrobeton SRQ -F1 və Hidrobeton SRQ -F2);
3. Birkomponentli inyeksiya tərkibi vasitəsilə ayırıcı hidroizolyasiya (Kalmatron-İnjekt);
4. Daxili və xarici divarlarda baş verən sızmaların (axmaların) dərhal durdurulması (Kalmastop);
5. Yüksək statik və dinamik yüklərə məruz qalan konstruksiyaların tikintisi və təmiri kimi təmir materiallarının hazırlanması (Hidrobeton-Nalivnoy-1 (40-200 mm-lik qat), Hidrobeton-Nalivnoy-2 (10-60 mm-lik qat))
6. Polad armaturların, bərkitmə detallarının antikorrozion təmir tərkibləri hazırlanması (Kalmatron- Adgeziv) və s.
Hidroizolyasiya qarışıqlarının tətbiq sahələri:
- tikinti konstruksiyaları mineral materiallı səthlərinin rütubətin təsirindən mühafizəsi;
- çökmə.ş mexaniki yüklər və temperatur deformasiyası nəticəsində yaranmış çatların ləğv edilməsi;
- mühafizə konstruksiyalarındakı axmaların aradan qaldırılması;
- hidrofob xüsusiyyətləri gücləndirilməklə şaquli və horizontal səthlərin hamarlanması.
- təmir tərkiblərini-hidroizolyasiya qarışıqlarını seçərkən nəzərə alınmalı şərtlər:
- təmir tərkibi ilə təmir ediləcək materialın uyarlığı - istər mexaniki, istərsə də kimyəvi xarakteristikaları;
- tikinti konstruksiyasının istismar şəraiti və məsuliyyət dərəcəsi;
- dağıntıların xarakteristikası;
- qurğunu tam layihə parametrlərini bərpa etmək üçün görüləsi işlərin həcmi.
Təmir materiallarının hazırlanması, o cümlədən, təmir tərkibləri (hidroizolyasiya qarışıqları kompleksi) dünyanın 12 ölkəsinin 20 mindən artıq obyektində işlədilmişdir.
Bizim məhsulların keyfiyyəti və bəyan olunmuş istismar xarakteristikaları çoxsaylı sertifikatlarla təsdiq olunmuşdur. Ekspertizalar dünyanın 4 ölkəsinin 8 müstəqil elmi-tədqiqat laboratoriyaları tərəfindən keçirilmişdir.