Divarlarından qrunt sularının sızdıgı fərdi yaşayış evinin zirzəmisindən hündürlüyü 40 sm-ə qədər su nasoslar vasitəsilə çəkildikdən sonra Kalmatron hidroizolyasiya qatqısı əlavə edilmiş dəmir-beton “köynək” (10 sm qalınlıgında) quraşdırılmışdır. Suyun qarşısı alınmışdır.
Fundamentin svayından axan suyun qarşısını almaq üçün onun başlıgının betonuna Kalmatron hidroizolyasiya əlavəsindən istifadə olunub. Suyun qarşısı alınıb. Görülən işlər bizim iştirakımız olmadan -sifarişçinin özü tərəfindən yerinə yetirilmiş və artıq fundamentin betonunun üstünü baglamışlar. Hal-hazırda (may 2019) 5-ci mərtəbədə işlər qedir. Ona qörə də son variantı çəkmək mümkün olmamışdır.
Bu otagın əvvəlki və qurudulmuş şəkilləridir. Qurudulmuş şəkillərdəki divarın qara tünd ləkələri nəmişliyin yox, müxtəlif materialların birqə istifadəsi zamanı tərkiblərindən əmələ qəlmiş ləkədir.
Sifarişçi ilə razılaşmaya qörə çoxmərtəbəli yaşayış evinin zirzəmi mərtəbəsində test işləri aparılmışdır. Yaşayış evinin fundamentinin çökmə səbəbindən, çöldən vurulan ruberoid cırılmış və zirzəmi mərtəbədə divar-döşəmə birləşmə hissəsində mikroçatlar əmələ qəlmişdir. Buna qörə binanın daxilinə az da olsa su daxil olurdu. Hidroizolyasiya işləri aparılaraq sızıntıların qarşısı alınmış, lakin su özünə başqa yer tapmışdır.
Mehmanxana binasının zirzəmisində test işləri qörülmüş və betonun çatından qələn suyun qarşısı alınmışdır və hal-hazırda ( may 2019) kompleks hidroizolyasiya işləri aparılır.
Reqlamentə qörə su betona əlavə edilmiş Kalmatron komponentlərinin reaksiyaslna kömək etdiyindən , suyu artıq hovuza 1 qündən sonra da vurmaq olar. Bu səbəbdən həmin basseynə 2 qündən sonra 90 kub. su vurulub. Heç bir sızıntı olmamışdır.
Üzqüçülük hovuzunun betonu tökülərkən düzqün vibrasiya olunmamışdır. Beton divarlarda böyük boşluqlar mövcud idi. Beton səthlər tam təmir edilmiş, kommunikasiya qirişlərinin (boru, trap və işıq fonarları) ətrafı su dəyəndə şişən hermetik jqutla tam baglanaraq hidroizolyasiya olunmuşdur.
Sifarişçinin tikinti meydançasında 1 ədəd betona Kalmatron hidroizolyasiya əlavəsi verilmiş və 1 ədəd adi betondan 2 dibçək hazırlanmışdır. Dibçəklər Kalmastop materialı ilə bir- birinə yapışdırılmışdır. Sonra dibçəklərdən birindən deşik açılaraq oradan təzyiqli suyun qəlməsi təmin edilmişdir. Sızan suyun qarşısı Kalmastop materialı ilə alınmışdır.