Döşəmənin hidroizolyasiyası nə üçün lazımdır

gidoiz-pola-1

Döşəmənin hidroizolyasiyası üzrə istənilən tədbirlərin əsas məqsədi rütubətin hərəkətinə qarşı maneənin (baryerin ) quraşdırılmasıdır. Ancaq hər bir xüsusi halda örtük tavalarının konstruksiyaları, onların yerləşməsi və istimar şərtləri, tamamlama örtüklərinin növləri hidromühafizə texnologiyası seçimində müəyyən spesifiklik tələb edir. Məsələn, nəm zirzəminin üstündəki mənzilin su müqaviməti təbəqəsinin quraşdırılması yüksək nəmliyə malik yerləşgələrdə analoji təbəqənin qurulmasından fərqlənə bilər. Beton dəşəmənin düzləndirici qatının rütubətdən mühafizəsi isə taxta döşəməninkindən fərqli olacaq. Tipik variantların müasir materiallardan istifadə etməklə döşəmələrin hidroizolyasiyasını necə etmək lazım olduğu halı araşdıraq.

Döşəmənin hidroizolyasiyası

Döşəmə konstruksiyalarında su müqaviməti baryerlərinin yaradılması üzrə tədbirlər müəyyən əmək məsrəfləri və maddi yatırımlar tələb edir. Buna görə, məsrəflər boş- boşuna getməməsi üçün, öncə, işlərin icrası zamanı texnologiyaya əməl edilməsi tələb olunur. İkincisi, yaxşı yadda saxlamaq lazımdır ki, bu cür su müqaviməti hansı halda həyati zərurətdir, hansı halda isə əvvəlcədən nəzərə alınmamış hadisələrdən sığorta üçün nəzərdə tutulur. Məsələn, ümumi halda çoxmənzilli binaların mərtəbəarası örtük tavalarında beton döşəmənin hidroizolyasiyası nəzərdə tutulmur. Ancaq o, sakinlər tərəfindən istilik və su təchizatı sistemlərində baş verən qəzalar nəticəsində aşağı mərtəbədəki qonşulara dəyəcək ziyanın minimizasiyası üçün yerinə yetirilə bilər.

Bütün tip beton döşəmə konstruksiyalarının rütubətin nüfuz etməsinə qarşı mühafizəsini «KALMATRON» ŞQ-nun məhsullarına etibar etmək olar. Axı, “KALMATRON” tərkibləri səthə yaxıldıqdan və hidratasiya prosesləri , polimerləşməsi başa çatdıqdan sonra emal etdikləri materiallarla praktik olaraq bir bütöv təşkil edirlər. Bu zaman belə emalın xidmət müddəti bütün konstruksiyanın xidmət müddəti ilə müqayisə oluna bilər.

«KALMATRON» sistemi materialları həm ayrıca, həm də məhsul sırasından başqa tərkiblərlə birgə tətbiq olunur, məsələn:

Ev döşəməsinin hidroizolyasiyası

gidoiz-pola-2

Şəxsi evlərdə ,ən əvvəl, qrunt üzərindən quraşdırılmış beton döşəmələrlə bağlı suallar meydana çıxır. Onların həlli ilə ,bəzən, hələ obyektin bünövrəsinin qoyulma mərhələsində məşğul olmağa başlayırlar. Axı, qrunt sularının səviyyəsi döşəmə əsasından xeyli aralıda olduqda belə, onun konstruksiyasının “piroq”una qırmadaşdan ( çınqıldan), kiçik suhopdurmaya malik olan dağ süxurlarından ( qranit, bazalt ) hazırlıq yastığınin salınması tövsiyə olunur.

Qırmadaş-çınqıl yastığı üçün hündürlük üzrə ehtiyatın orta hesabla 10-20 sm nəzərə alınması vacibdir. Bunu qruntun zəruri həcminin çıxarılması ilə təmin etmək olar. Sıxlaşdırılmış yastıq, öz növbəsində, beton hazırlığın (ən azı 5sm ) əsasıdır, hansı ki, onun üzərindən seçilmiş tipə uyğun olaraq suya müqavimət baryeri, məsələn, bükmə ( rulon ) və ya qatı yaxma materiallarından, quraşdırmaq olar.

Nəm və ya rütubətli istismar rejimlərinə malik yerləşgələrdə İstilik-izolyasiya qatı quraşdırmazdan öncə hazırlıq səthini buxarkeçirən «KALMATRON» tərkibi ilə işləmək lazımdır. Sonra, düzləndirici qatın altı, istiləşdiricinin isə üstü ilə mütləq daha bir «KALMATRON-ELASTİK» hidroizilyasiya qatı nəzərə alınmalıdır.

Otaq döşəməsinin hidroizolyasiyası

Mənzil döşəməsinin suya müqavimət baryeri də daxil olmaqla çoxtəbəqəli piroqunu hazırlayarkən istismar edilən otaqların, habelə, aşağıdakı yerləşgələrin xüsusiyyətləri nəzərə alınır. Məsələn:

Əksər vaxtlar mənzillərdə dekorativ döşəmə örtüklərinin yarımhazır səthlərinin hazırlanması üçün «yaş» düzləndiricilərdən (qat) istifadə edirlər. Rütubət mühafizəsi tələblərini nəzərə almaqla onun hazırlanması mərhələləri aşağıdakı kimidir:

«KALMATRON» sisteminin materialları bu:

Beton döşəmənin «KALMATRON» ŞQ-nun materialları ilə hidroizolyasiyası

gidoiz-pola-3

Əgər düzləndirici öncə döşənmişdisə, artıq hazır beton döşəmə üçün hidroizolyasiya materialı seçmək lazımdır. Bu halda proses belə gedəcək:

  1. Çatların enləndirilməsini, betonun təmizlənməsini və s.-i ehtiva edən hazırlıq mərhələsi.
  2. Çat və tikişlərin hidroizolyasiyası: “döşəmə/ divar kəsişməsini və çatları «KALMATRON –ŞOVNIY» və ya «KALMATRON-ELASTİK» tərkibləri ilə; örtük tavaları arasındakı qovuşmaları- «ULTRAPLAT» özügenişlənən qaytanı (şnur)ilə doldurmaq lazımdır.
  3. Beton döşəmənin bilavasitə hidroizolyasiyası mərhələsi, bu məqsədlə seçilmiş: «KALMATRON – Ekonom&rlaquo; və ya «HİDROBETON SRQ -F» materialları ilə.

Digər döşəmə hidroizolyasiyası materiallarından fərqli olaraq «KALMATRON – Ekonom » rütubətin beton konstruksiyaların canına nüfuz etməsini istisna edir və onlara «nəfəs almaq» imkanı verir ki, bu da yerləşgədə havanın dəyişməsini normallaşdırır.

Döşəmə/ divar kəsişməsi qovşağı

typ-sol-s


Betonlama tikişlərinin, çatların təmiri

typ-sol-s-2