Betonun hidroizolyasiyası: tətbiq xüsusiyyətləri
Betonun hidroizolyasiyası qrunt sularının yer səthinəçox yaxın olduğu yerlərdə daha aktualdır. Belə torpaqlarda mülkü olan ev sahibləri zirzəminin su və künclərin kif basmasının nə olduğunu yaxşı bilirlər. Xoşagəlməz «qonşuluq» daimi təmir və pul məsrəflərinə səbəb olur, ancaq nəticədə — bina göbələk, bakteriya və s. kimi müxtəlif xəstəlik mənbələrinin yığıntı yerinə çevrilərək dağılmağa başlayır.
Betonun hidroizolyasiyası üçün materiallar
Müasir dövrdə kolmatasiya təsirli materiallar daha geniş yayılmaqdadır, hansı ki, bu materiallar bitum əsaslı tərkiblər və rulon materiallardan ( passiv mühafizə metoduna aid olan polimer vasitələr) fərqli olaraq tsiklik donma və açılmaya dayanıqlıdırlar. Betonun hidroizolyasiyası üçün material almamışdan öncə bizim üçün nisbətən yeni material növü ilə yaxından tanış olmaq lazımdır.
«KALMATRON» TM-sının qarışıqları dəmir-beton konstruksiyaların aktiv mühafizəsi qrupuna aiddirlər: mühafizə olunan səthlə qarşılıqlı kimyəvi təsir nəticəsində onlar betonun strukturunu yaxşılaşdırır və sukeçirməzlik xüsusiyyətləri aşılayırlar. Onlar öz aralarında oxşardırlar, ancaq – kimyəvi aktiv reagentlərin tərkibindən asılı olaraq – tikintinin müxtəlif mərhələlərində işlədilirlər.
«KALMATRON» şirkəti dəmir-beton konstruksiyaların hidromühafizəsi üçün emal edilən əsasla kontakt zamanı dayanıqlı kimyəvi əlaqələr yarada bilən effektiv tərkiblər realizə edir. Konkret materialın seçiminə həm onun texniki xüsusiyyətləri, həm də yaxılma metodu təsir edir.
- «KOLMATEKS» quru qarışıqları ixtiyari təyinatlı dəmir-beton qurğuların hidroizolyasiyası üçün geniş tətbiq olunur. Qarışığın tərkibinə hər hansı toksik maddə daxil olmadığından içməli su ilə kontaktda istifadə edilə bilər. «KOLMATEKS» səthi istənilən aqressiv mühitin təsirindən etibarlı mühafizə edir. Bu tərkiblə emaldan sonra konstruksiyalar daha şaxtayadavamlı və möhkəm olur, bu zaman hava keçiriciliyini isə saxlayırlar.
- «KOLMATEKS» örtüyü beton səth üzərinə şpatel,böyük fırça və ya püskürdücü vasitəsilə 1,5–2mm qalınlğında yaxılır. Bu zaman boşluqların, böyük çatların və ya yarıqların doldurulması üçün «KALMATRON-ŞOVNIY» çökməyən sement qarışığını istifadə etmək tövsiyə olunur. O, daha sonrakı hidroizolyasiya işləri mərhələlərinə hazırlamaq məqsədilə qovuşmaların, beton kəsişmələrin və tikişlərin hermetizasiyası zamanı keyfiyyətli nəticələr göstərir. Ancaq bu tərkibi deformasiya tikişlərinin, habelə, qeyri-möhkəm zəiflədilmiş əsasların təmirində işlətmək tövsiyə olunmur.
- «KALMATRON–Ekonom» - beton və kərpic səthlər üçün suvaq örtüyüdür. «KALMATRON–Ekononm»-dan istifadə etməklə örtüklər qurğuların möhkəmliyini, şaxtayadavamlılığını, sukeçirməzliyini yüksəldirlər. Tərkib yüksək adgeziyaya malikdir, bir-çox inşaat materialları ilə işlədilə bilir. İş üçün hazırlanmış qarışığı islaq səthə vahid təbəqə ilə şpatel və ya böyük fırça ilə yaxırlar. Təbəqənin qalınlığı armaturlanma toru üzrə 30mm, armaturlanmayan səth üzrə – 8-15mm ola bilər. Bütün qovuşma və tikişlər genişləndirilərək doldurulur.
- «Hidrobeton SRQ» bir –neçə modifikasiyada hazırlanır. Bu qarışıqlar beton, kərpic, habelə, digər konstruksiyaların hidroizolyasiyasında əmələ gəlmiş qüsurların təmiri üçün istifadə edilir. Həm daxili, həm də xarici işlərdə tətbiq edilə bilər. Təmir tərkibinin məhlulu öncədən bolluca isladılmış səthə vahid təbəqə ilə yaxılır. Konstruksiyanın mühafizə örtüyü formlaşdırılıb qurtardıqdan sonra onu 12 saat ərzində nəm vəziyyədə saxlamaq lazımdır. Bunun üçün təxminən hər 3-4 saatdan bir suvanmış elementlərə su çiləmək lazımdır.
- «KALMATRON–D» erkən betonun möhkəmliyini 20 %-ə qədər artırır, habelə, şaxtayadavamlılığını 50 tsiklədək artırır. Eyni zamanda bərkimiş monolitin sukeçirməzliyini xeyli (praktiki olaraq 3 dəfə) yüksəldir. Betona əlavə edilmiş «KALMATRON–D» habelə,onun sıxlığını, aqressiv mühitlərin təsirinə dayanıqlığını artırır, hansı ki, qaz, duz və su korroziyasının gedişində sement daşı dağılır. Bu modifikasiyalaşdırıcı tərkib neft məhsullarının, o cümlədən, dizel yanacağı və maşın yağının betona mənfi təsirinəmane olur.
Beton hidroizolasiyanın xüsusiyyətləri
Rütubətin betona nüfuzunu iki yolla istisna etmək mümkündür:
- Bilavasitə beton qarışığına profilə uyğun hidrofob modifikatorlar əlavə etmək.
- Sementin hidratasiyası başa çatdıqdan sonra konstruksiyanı hidroizolyasiya materialları ilə örtmək və ya hopdurmaq lazımdır.
Beton səthinin rütubətdən mühafizəsini şaquli və üfüqiyə bölürlər:
- şaquli izolyasiya beton elementləri yağış, qrunt və ərimə sularından qoruyur;
- üfüqi – kapillyar rütubətdən. O, rütubətli mühitin təsirinə ən çox məruz qalan divarların bünövrələrlə kəsişdiyi sahələrdə daha vacibdir.
Özünün unikal istismar keyfiyyətlərinə görə nüfuzedici hidroizolyasiya günü-gündən daha geniş tətbiq edilir. O, məsaməli mikrokanallar və ya çatlar vasitısilə konstruksiya massivinin dərinliklərinə nüfuz edir və orada kristallik baryerlər formalaşdırır.
Daha bir sırf peşəkar metod inyeksiya mühafizə tərkiblərinin istifadəsidir. Onların aktiv maddələri təzyiq altında tikinti elementlərinin qovuşma tikişlərinə, boşluqlara və çatlara vurulur.
Betonun rütubətdən qorunması üçün hidroizolyasiya metodlarından başqa əlavə tədbirlər görülür, o cümlədən, konstruksiya massivlərinin qurudulması və qrunt suları səviyyəsinin aşağı salınması.
Hidroizolyasiya üçün beton əlavəsinin təsir prinsipi
Beton məmulatlarının əsas problemlərindən biri – daxili kapillyar məsamələrin təşəkkül etmiş şəbəkəsi səbəbindən rütubət üçün materialın yüksək keçiriciliyidir. Neqativ təsirlərin, qismən, konstruksiyaların inşası mərhələsində və ya onların inşasından sonra bitum əsaslı materiallarla xarici hidroizolyasiyanı yerinə yetirərək, qarşısını almaq olaq. Lakin bu üsul böyük əmək məsrəfləri tələb edir, nəticələri isə, nisbətən uzunömürlü deyil.
Betonun hidrofob modifikatorlarını bilavasitə onun hazırlanması prosesində istifadə etməklə uzunmüddətli mühafizə effektinə nail olmaq olar. Belə tərkiblər sement daşına hələ möhkəmliyini yığma dövründə müsbət təsir etdiyinə görə xarici hidroizolyasiya qarşısında bir-sıra üstünlüklərə malikdirlər. Onların məsamələrdə konsentrasiyası dayanıqlı birləşmələr ( kristallar ) yaradır və rütubətin buxarlanmasına mane olur ki, bu da monolitdə qüsurların əmələgəlmə riskini azaldır.
Daha sonra kristallar öz boy artımını davam etdirir və çatlar əmələ gəldikcə onları dolduraraq rütubəti buraxmırlar ki, betona nüfuz etsinlər. Bu zaman onlar havanı sərbəst buraxır, betona «nəfəs almaq» imkanı verirlər.
Betona hidroizolyasiya üçün əlavələr tətbiqinin xüsusiyyətləri
Beton üçün hidroizolyasiya əlavələri ilə işin səciyyələri
- Onlar məhlula qarışdırılma stadiyasında qatılır və konstruksiyanın bütün istismar müddətini maksimal uzadaraq bu müddətdə betonun hidrofobluğunu praktiki olaraq qoruyurlar.
- Hidroizolyasiya əlavələrinin səmərəli təsirinə onun bütün komponentlətini ciddi – cəhdlə miksləşdirməklə nail olmaq olar. Birinci növbədə modifikasiyalı məhlul, daha sonra onun əsasında beton məhlulu hazırlamaq lazımdır.
- Əvvəlki bənddən görünür ki, əllə qarışdırmaqla əlavələrin yüksək səmərəlilik göstəricisinə nail olmaq çətindir, ona görə də betonqarışdırıcılardan ictifadə olunması məsləhət görülür.
- Hidrofob əlavələr istehsalçısının texnoloji təlimatlarına dəqiq əməl edilməsi tələb olunan rütubət mühafizəsi xarakteristikalarına görə beton konstruksiyaların alınmasına imkan verər.
Betonun hazırlanması
Bu mərhələdə «KALMATRON-D» beton hidroizolyasiyanı almaq məqsədəuyğundur. Sement məhlullarınin bu əlavəsi sement hissəciklərinin su ilə tammənalı hidratasiyası hesabına beton massivinin strkturunu qaydalaşdırır. «KALMATRON-D» yüksəldir:
- erkən və layihə mərhələlərində möhkəmlik, 30%-ə qədər,
- sukeçirməzlik, 2-3 pillə,
- şaxtayadavamlılıq, 50 tsiklə qədər
- aqressiv mühitlərə dayanıqlıq .
Bu beton hidroizolyasiyası quru beton qarışığına daxil edilir, sonra səylə qarışdırılır və qarışdırma su ilə davam etdirilir.
Obyektin istismar mərhələsi
Bu halda «KALMATRON» nüfuzedici beton hidroizolyasiyası almaq tövsiyə olunur — beton konstruksiyaların passiv mühafizə çatışmazlıqlarından məhrum və tərkibində sement olan istənilən kapillyar məsaməli materialların sukeçirməzliyini təmin edən kapillyar təsirli sementləşdirici tərkibi. «KALMATRON» hidroizolyasiya materialının tətbiqinin səmərəsi mühafizə edilən materialla hidroizolyasiya tərkibinin komponentləri arasında gedən bir-sıra kimyəvi reaksiyalarla təmin olunur. Bu reaksiyalar nəticəsində konstruksiyanın bütün boşluqlarını dolduran və bununla da oradan suyu sıxışdıran həllolunması çox çətin hissəciklər əmələ gəlir.
Nəticədə, «KALMATRON» beton hidroizolyasiyası alıb istifadə etsəniz ,onun aşağıdakı üstünlüklərinin şahidi olacaqsınız:
- betonun sukeçirməzliyinin 2-3 pillə yüksəldilməsi;
- şaxtayadavamlılığın — 1,5-2 dəfə artacaq;
- sıxlıq və möhkəmliyin — ən azı 20% yüksələcək;
- betonda duzların, neft məhsullarının, turşuların aqressiv təsirinə qarşı mühafizə keyfiyyətləri yaranacaq;
- bioloji korroziyaya dayanıqlıq artacaq.
«KALMATRON» tərkibilə betonun hidroizolyasiyası bir-neçə mərhələdə aparılır:
- lak - boya məmulatlarının, çirklərin, suvaqların, betonun zəifləmiş qatının təmizlənməsini vəs. ehtiva edən səthin hazırlanması; mövcud çatların 3-5 mm dərinliyəcən açılması; bütün konstruksiyanın qaşınıb bolluca isladılması.
- Öncədən alınması tələb olunan beton hidroizolyasiyasının hazırlanması. Tərkibi qablamada göstərilmiş nisbətdə bircinsli məhlul alınanacan su ilə qarışdırırlar.
- Tərkibin 1,5-2mm qalınlığında yaxılmas. Çat və tikişlərin emalı üçün daha yaxşı olar ki, «KALMATRON – ŞOVNIY» qarışığından istifadə edilsin.
«KALMATRON» — bu elə bir etibarlı zirehdir ki, onun hesabına obyektin istismar resursu xeyli artacaq!
Рекомендуемые материалы: