Beton Bərkidiciləri, Beton Möhkəmləndirici - Kalmatron
"Kalmatron" şirkətinin beton bərkidiciləri və toppinqlərinin tətbiqini zəruri edən betonların sürtülmə təsirlərinə dayanıqlığının zəif olmasıdır. Beton möhkəmləndirici eyni zamanda beton bərkidiciləri adlanır. İstismar prosesində betonun möhkəmləndirilməmiş üst qatı tezliklə aşınır, güclü tozəmələgəlmə baş verir, betonun özündə məsamələr açılır ki, bu da betona aqressiv substansiyaların və zərərli mikroorqanizmlərin müdaxiləsinə və nəticədə konstruksiyanın xidmət müddətinin azalmasına və erkən dağılmasına səbəb olur.
Beton möhkəmləndirici tətbiqi zamanı yapışdırıcı kimi sementdən istifadə edilir. Onların fərqləndirilməsi tərkiblərindəki təyinatı üzrə müxtəlif dolduruculardan asılıdır:
- kvars
- korund
- metal hissəciklər və s.
Kalmatron şitkətinin bərkidicilərində doldurucu kimi kvars qumundan istifadə olunur.
Kalmatron şirkətinin beton bərkidiciləri göstəricilərinin əhəmiyyətli şəkildə yüksəlməsini bu materialdan istifadədən sonra keçirilmiş sınaqların ekspert dəyərləndirməsində görmək olar:
- aşınmaya dayanıqlıq - ən azı 30;
- sukeçirməzlik - bir pillə (birqat yaxmadan sonra);
- şaxtayadavamlılıq - 50 tsikl;
- sıxılmada möhkəmlik - ən azı 30%;
- zərbə möhkəmliyi - ən azı 15%.
Beton bərkidiciləri nəticəsində döşəmənin xidmət müddəti artır, təkərli texnikanın istismarı zamanı xüsusi şərtlərə əməl olunmasına lüzum qalmır və döşəmənin səthi tozəmələgəlməsindən mühafizə olunur.
Monolit döşəmə konstruksiyalarının maye beton möhkəmləndiricilərlə (bərkidicilərlə) emalı yüksək intensivlikli istismara və müxtəlif zərərli, o cümlədən aqressiv kimyəvi maddələrlə çirklənmə ehtimalı olan obyektlərdə daha aktualdır. Belə döşəmə örtükləri quraşdırılır:
- istehsalat təyinatlı binalarda;
- kommersiya qurğularında və ambarlarda;
- örtülü avtodayanacaqlarda, TXS-da (Texniki Xidmət Stansiyasında) və digər obyektlərdə.