Toppinq, Toppinqlər və Qruntovkalar
Toppinq və qruntovkaların tətbiqi zərurəti tikintinin daha sonrakı mərhələlərində meydana çıxır. Toppinqlər - betonun üst qatının möhkəmləndirilməsinə xidmət edirsə, qruntovkalar - mərhələli tikintilərdə betonlamalar arasındakı adgeziyanı artırmaq, tamamlama işlərində isə əsasa üzərində kafel, metlax, boya və s.-nin etibarlı yapışmasını (adgeziyasını) təmin etmək üçündür. Kalmatron şirkətinin toppinq (UltraTopKvars) və qruntovkaları (Ultralit-Qrunt) həm son göstəricilərinə, həm də işlədilmə sadəliyinə görə ekspert mütəxəssislərin və istehlakçıların rəğbətini qazanmışdır.
Digər deformasiyaladan fərqli olaraq betonların sürtülmə təsirlərinə dayanıqlığının zəif olması betonlarda toppinqlər tətbiqi zərurətə çevrilir. Toppinqlər və qruntovkalar istifadəsi zamanı intensiv yüklərə məruz qalan monolit döşəmə konstruksiyalarında (istehsalat təyinatlı binalarda,örtülü avtodayanacaqlarda, Texniki Xidmət stansiyalarında) İstismar prosesində betonun möhkəmləndirilməmiş üst qatı tezliklə aşınır, güclü tozəmələgəlmə baş verir, betonun özündə məsamələr açılır ki, bu da betona aqressiv substansiyaların və zərərli mikroorqanizmlərin müdaxiləsinə və nəticədə konstruksiyanın xidmət müddətinin qısalmasına və erkən dağılmasına səbəb olur. Kalmatron toppinqlərindən istifadə olunmasının monolit döşəmələrin texniki-istimar göstəricilərinə təsiri aşağıdakı kimidir:
- aşınmaya dayanıqlıq - ən azı 30;
- sukeçirməzlik - bir pillə (birqat yaxmadan sonra);
- şaxtayadavamlılıq - 50 tsikl;
- sıxılmada möhkəmlik - ən azı 30%;
- zərbə möhkəmliyi - ən azı 15%.
Nəticə: döşəmənin xidmət müddəti artır, təkərli texnikanın istismarı zamanı xüsusi şərtlərə ehtiyac qalmır və döşəmənin səthi tozəmələgəlməsindən mühafizə olunur.
Ultralit qruntovkaları həm ümumi tikinti işlərində, həm də tamamlama işlərində istifadə edilir, kompleks təsirə malikdir. Yəni, antiseptikləşdirmə, hidrofobizasiya, adgeziya və dərinliyə nüfuzetməsinə görə yüksək göstəricilər nümyiş etdirir.
Ultralit qruntovkaları betonlama prosesində mərhələlərarası soyuq tikişlərin adgeziyası, dekorativ mühafizə örtükləri, süzmə döşəmələr və suvaq öncəsi əsasla adgeziyanın (yapışmanın) yüksəldilməsi işində əvəzsizdirlər.